Page 320 - pryaxin
P. 320
rgi Pryaxin

asiyalı qadınları çöl işlәrindә rus arvadlar әvәz elәyirmiş, Pasxada
isә rus qadınların әvәzinә işә özbәk arvadlar çıxırmış. Müharibәdә
kәnd bir neçә aylığa almanların işğalı altına düşüb. Nә rusların,
nә asiyalıların arasında bir nәfәr dә polisay olmayıb! Hәtta
köçürülәnlәrin içindә “Qaqulin” soyadlı ağqvardiyaçı da var
imiş. Mәn bu adamı xatırlayıram. Hündürboy, adamayovuşmaz,
iki tәrәfdәn düymәlәnәn kostyum vә qalstukda – istәnilәn ilgәyin
güclü boynuna uyğun gәlmәdiyinә görә, hәtta sovxoz direktorumuz,
qәşәng alman Erlix dә qalstuk taxmırdı, – gündә iki dәfә küçәdәn
oyan-buyana keçirdi: kontora – işә, mәncә, mühasibatda işlәyirdi,
sonra – evә, hamıdan aralıda, tәpәdә yerlәşәn, bostanında bizdә
az tapılan tәrәvәzlәr әkilmiş kiçik, sәliqәli daxmasına. Yemәkxana
nәdi, biz heç mağazada da onu görmürdük, Qaqulinlәr elә bil
yalnız daxmada vә daxmanın әtrafındakı bostanda әkib-becәr-
diklәri ilә dolanırdılar. Onların evindә bizlәrdәn heç kim olmamışdı:
biz uşaqlar, hәtta Milad bayramında zәbur surәsindәn duaları
allahsızcasına tәhrif elәyә-elәyә oxuduğumuzun әvәzindә bir-iki
dәnә konfet, ya әzik-üzük manat almaq üçün kәnddәki evlәrә
gedәndә dә, onların daxmasına baş çәkmirdik. Orada bizi
gözlәmәdiklәrini bilirdik. Mәnә elә gәlir, rus komendaturası kimi
alman komendaturası olduğu vaxtlarda belә, Qaqulin yenә başını
aşağı salıb dinmәzcә öz yolunu gedirdi, nә bir fris, nә bir rus ona
yanaşır, hәtta havanın necәliyi ilә dә maraqlanmırdılar. Kәnddә
ciddi bir milli qarşıdurma ilә rastlaşmamışdım. Mәncә, hәr iki
tәrәf öz millәtindәn olanın qanını daha hәvәslә tökürdü, nәinki
başqasının. Uşaqlar dostluq elәyirdilәr – bu, dәqiqdi, bunula
bağlı maraqlı bir әhvalat eşitmişәm.

Atamın indi, tәәssüf ki, rәhmәtә getmiş xalası qızının әri
Georgi Panteleyeviç Slutski özbәk ailәsindә böyüdüyünü danışırdı.
Ailәdәkilәr dә qarışıq, metis imişlәr. O, öz yaşıdı oğlanla dostluq
elәyirmiş. Oğlan böyüyüb valideynlәri ilә birlikdә Özbәkistana
qayıdıb. Demәk lazımdı ki, bizim rus qadınlarının müvәqqәti
qarabuğdayi әrlәri onlardan doğulan uşaqlara hәrdәn öz soyad-
larını versәlәr dә, bәraәt alan kimi hamısı dabanına tüpürdü. Heç
qadınlar da onları tutub saxlamağa elә dә çalışmırdılar: hәr iki
tәrәf әvvәlcәdәn bilirdi ki, onların göylәrdә yox, tozlu xırmanlarda,

320
   315   316   317   318   319   320   321   322   323   324   325