Page 325 - pryaxin
P. 325
Xəzər yuxuları

elәmәk dә çәtindi: arvad işlәrindә bizim nikolalı xalaların kişilәrә
güzәştә getmәyi görünmәmiş şeydi. Fәrqanә plovu dәm aldıqca,
xoşbәxtliyin qoxusu Nikola kişilәrini, әsasәn qonaq gәlәn nazirin
(Nikolada başqa nazirә әzәldәn rast gәlinmәmişdi, ona görә
özbәk-taciklә özlәrininki kimi fәxr elәyirdilәr, sanki bütün İttifaqın
naziri idi. Bir yana qalanda, niyә dә xırdaçılıq elәyәsәn, sadәcә
baş nazir “Kasıgin” deyirdilәr, Nikolada belә tәlәffüz elәyirdilәr)
vә Georgi Panteleyeviçin yaşıdlarını tәk-tәk, bәzәn dә iki-iki,
hәtta üç-üç Georgi Panteleyeviçin bostanına tәrәf çәkirdi. Hәmin
vaxt o da artıq balaca kişi deyildi – briqadir idi, Nikola dilindәn
tәrcümә elәsәk, “kralın xaç atası vә nazirin qudası” mәnasını
verirdi. “Nazirin dostu” – qudadan daha yaxşı sәslәnir.

Hamısının uşaqlığı komendatura vaxtına düşmüşdü. Komen-
datura da nәzarәt altında, mühafizә altında olanları rusa, qeyri-
rusa bölmürdü. Hamısı bir bezin qırağı idi: zәhmәtkeş xalqın
düşmәnlәri. Әllәri qabar bağlamış zәhmәtkeş xalqın düşmәnlәri.
Belә ki, son nәticәdә komendatura bizim Nikola beynәlmilәlçiliyinin
әn birinci tәrbiyәçisi idi. Xoşbәxtliyin qoxusu onların ac uşaqlığında
(doğma dayım Sergey etiraf elәyirdi ki, komendaturadan aclıqdan
on yeddi yaşında cәbhәyә qaçıb, çünki qaçış yollarının bağlanmadığı
yeganә yer ora idi) әlçatmaz olan plov qoxusundan ibarәt deyildi.
Heç tәmizlәnmәmiş araq qoxusu da deyildi – ocağa yaxınlaşanlar
öz qabarmış ciblәrindә mәrmi daşıyırmış kimi yarımlitrlik gәtirir-
dilәr.

Ocaqda yavaş-yavaş dәm alan plovla birlikdә, Jora dayının
bostanının, Nikolanın üstünә enәn gecәdә oxumağın da dәmi
gәlirdi. Onlar öz uşaqlıqlarının mahnısını oxuyurdular. Hәm rus,
hәm özbәk mahnılarını. Sәslәr bir-birinә qarışırdı. Nazir, tәbii ki,
rus mahnılarını bilirdi, xatırlayırdı, xüsusәn dә, xalq mahnılarını.
Georgi Panteleyeviç dә, demә, özbәk mahnılarını unutmayıbmış!
Gecәyarısı beşvedrәlik briqadir qazanının әtrafına bütöv bir xor
dәstәsi yığışırdı. İşıldaquşlar sütunu, plovun әtri vә kefli xumarlığı
ilә birlikdә Nikolanın başı üstündәki elә dә uzaq olmayan
ulduzlara bәzәn göz yaşları da qarışmış kәdәrli sәslәr yüksәlirdi.
Bostanda әmәlә gәlәn qaynar kraterdәn xoşbәxtliklә eyni zamanda,
bәlkә, kәdәr dә püskürürdü. Qalın, gur kişi sәslәri idi – qadınları

325
   320   321   322   323   324   325   326   327   328   329   330