Page 328 - pryaxin
P. 328
rgi Pryaxin
halda, әlimi ürәyimin üstünә qoyub deyә bilәrәm ki, әslindә alaq
etmәkdә, seyrәltmәdә yox, başqa fәnlәrdә daha yaxşı idim –
mәktәb mәnә qayğı göstәrmişdi. Elә anam da mәnim istәyimi,
dәnizi görmәk arzumu (o vaxtlar hәrbi-dәniz mәktәbindә oxumağı
arzulayırdım) hiss etdiyindәn vә taleyin tezliklә çiyinlәrimә
qoyacağı ağır yükü qabaqcadan duyduğundan, gözlәnilmәdәn
açılmış sәadәt qapısından sivişib keçmәyim üçün fәdakarlıq
göstәrmişdi. Vә mәn vicdanımın sızıltısını duyaraq, ölümcül
xәstә olan anamı iki uşaqla tәk qoyaraq getdim.
Bizi yük maşınının banına köndәlәninә düzülәn tәzәcә
yonulmuş taxtaların üstündә oturtdular: onlardan hәlә dә qatran
iyi gәlirdi. Banın üstünә brezent örtük çәkilmişdi. Skamyasız vә
örtüksüz yük maşınında, bir-birimizdәn tutub altmışıncı illәrin
mahnılarını bәrkdәn oxuya-oxuya, çölә kәnd tәsәrrüfatı işlәrinә
dә gedәrdik. Demәk olar, hamının yemәk vә әşyalar olan çiyin
çantası var idi, mәnsә torbamı ehtiyatla ayaqlarımın arasında
tutmuşdum.
Bizimlә iki müәllim gedirdi: әrlәri onları elә bil әsgәrliyә
yola salırdılar. Biz yuxarıda oturmuşduq, valideynlәrimiz isә
aşağıda, maşının yanında dayanmışdılar. Anam sanki onu içәridәn
yeyәn dәhşәtli ağrını ovutmaq üçün sağ әli ilә sağ böyrünü
oxalayır, sıxırdı. Qara ciyәrini qurdlar artıq gәmirirdi, – bu gün
müalicә oluna bilәn xәstәlik ona ömrü boyu qulluq etdiyi mal-
qaradan keçmişdi – sol әli ilә bәrk-bәrk tutduğu ağ yaylığının
ucunu isә dişlәriylә sıxmışdı. Sağ әl cismani ağrını, sol әl isә
hәmişә sağlam, ağ olan – hәtta xәstәlik dә onları qaralda
bilmәmişdi – dişlәrlә birlikdә, ruhi ağrını sakitlәşdirirdi. Of,
onun üzümә zillәnmiş iztirabla dolu vida baxışından ürәyim
yaman sıxıldı! Bu sәfәrә razılıq vermәklә, anam balaca qardaş-
larımla tәk qalacağım aylar üçün bәri başdan mәnә minnәtdarlıq
elәyirdi. Üzümә zillәnәn ağrılı, eyni zamanda utancaq baxışları
ilә yalnız cәnnәtә uzunmüddәtli sәfәrә görә yox, hәm dә bütün
gәlәcәk ömrümә xeyir-dua verirdi. Növbәylә – hәm cәnnәt, hәm
cәhәnnәm üçün. İndi başa düşürәm ki, qayıdanda onu sağ görmәyә
bilәrdim. Ancaq o, dişini dişinә sıxıb özündә güc tapdı ki, hәya-
328