Page 333 - pryaxin
P. 333
Xəzər yuxuları
olan mәktәb hәyәtinә salınmış yük maşınında uzandıq. Müәllim-
lәrimiz dә mәktәbin rәnglәnmiş siniflәrindәn birindә yerlәşmiş-
dilәr, bizi isә kabinәdә uzanıb tezcә dә yatan sürücü qoruyurdu.
O – nәnәm Melanyanın dayısı qızının oğlanlarından Mixail
Qolotsutski idi. Ancaq dostum Vaskadan xeyli böyükdü, artıq
evlәnib ayrılmışdı. Yaxşı tanımırdım vә düzünü desәm, hәtta
ondan qorxurdum. O da, görünür, mәni qohumu saymırdı –
özününkülәr bir yığındı – birgә sәfәrimizdә mәni başqalarından
ayırmırdı.
Tez yuxuya getdik – necә olsa da, üç yüz kilometr yol
gәlmişdik. Ancaq gecәnin yarısı oyandım. Aylı gecәydi. Ay düz
bizim yük maşınının başı üstündә dayanıb hәr yanı öz sәssiz,
soyuq nuru ilә ovsunlamışdı. Hәr şey yad vә vahimәli idi, nәdәnsә
içim uçunurdu. Sakitlikdi. Birdәn banın üstündә ikinci Ay kimi,
kiminsә qırxıq başı peyda oldu. Qırxıq kәllәnin arxasınca gözlәr
dә göründü. Görünür, adam ayağını tәkәrә qoyub, banın kәnarından
yapışaraq yavaş-yavaş maşına qalxırdı – budur әllәrinin biri,
sonra o birisi banın üst taxtasından yapışdı. Vә aylı, ulduzlu
gecәnin fonunda baş tamam göründü. Biz yaşda bir oğlan idi.
Rus olmadığı qırxıq başının formasından, burnunun donqarlığından,
qonur gözlәrindәn aydınca bilinirdi. Gözünü, kazaklar bulaq
başında yatan kimi maşının banında yan-yana yatışan yoldaşlarımda
gәzdirib mәni gördü. Bir neçә saniyә bir-birimizә baxdıq. Mәnә
elә gәlir, bir az çaşdı – baxışlarımdan çox, gözlәrimin rәngindәn.
Mәnim gözlәrimin rәngi onunkundan tünd idi. Onunku qonur,
mәnimki isә iki dibsiz, zülmәt dәlik. O, mәktәbә rusların gәldiyini
eşidib tamamilә başqa şeylәr görәcәyini gözlәyirmiş. Burada isә
Qafqazla Asiya qarşılaşmışdı. Fәrqanә. Ey, hoqqabaz, sәn bizim
Nikolada olmamısan, yoxsa çox şeylәr görәrdin. Tәәccüblә bir
az mәnә baxıb, “hm” elәyәrәk maşından düşüb getdi.
“Kazaklar”dakı qaçaq. Nә niyyәtlә gәlmişdi? Mәncә, o, mәyus
olmuşdu. Tәbii ki, gözlәrimin rәnginә görә yox, başqa şeyә görә.
Maşının banında ancaq oğlanlar olduğuna görә. O, şübhәsiz,
qızları görmәk istәmişdi. Romantik macәra baş tutmamışdı. Belә,
xırda bir hadisә. Qırxıq başın arxasınca gözlәr dә itdi vә oğlanın
öz mәktәblәrinin açıq darvazasından fit çala-çala tәlәsmәdәn
çıxıb getdiyi eşidildi.
333