Page 337 - pryaxin
P. 337
Xəzər yuxuları
qaçırılan әsil-nәcabәtli ailәlәrin qızları olurdu: xaricdәki gizli
xәfiyyәlәrә verilәn tapşırıqlardan biri yad ölkәlәrdәki gözәllәr
haqqında hökmdara nәzakәtlә xәbәr vermәk idi. Qarşıda uzaq
sәfәr dururdu. Satraplar hesab elәyirdilәr ki, xaqan könlünü
әylәndirmәyә ehtiyac duyur. Hansı prinsiplә, hansı keyfiyyәtlәrә
görә hәrәmә qız seçildiyini xaqan tәxmin edirdi – cavan yaşlarında
“seçim komissiyasına” başçılıq elәmәyә özü dә hazır idi. Ancaq
qızların hansı prinsiplә hәrәmxanadan uzaqlaşdırıldığını heç vaxt
anlaya bilmәmişdi. Hamilәliyә görә? Cәzalandıqlarına, dayı
saydıqları hәrәmağasının gözündәn düşdüklәrinә görә? Yaşa
görә? Ya tәlәb olunmadıqlarına görә? Әgәr belә idisә, gәrәk, az
qala hamısını rәdd elәyәydilәr: qurudakı bütün sәfәr әrzindә
xaqan dörd-beşindәn artığını dadmamışdı. Suda, doğrudu, hәrdәn
iştahası açılır. Kor dedi – görәrik. Xaqan yolunun üstündә donub-
qalmış bu alabәzәk dәstәyә gözucu baxdı. Hәrәmxanadan ayrılanlar,
tәbii ki, artıq quru yolla – xaqanlığın müxtәlif yerlәrindә elә dә
tanınmamış әyanların xidmәtçisi, kәnizi kimi yaşamaq üçün ara-
balarla namәlum istiqamәtlәrә yola salınmışdılar. Qalanlar artıq
öz kayutlarına yerlәşmişdilәr. Buradakılar tәzә gәtirilәnlәrdi. On-
lardan bәzisinin әlindә qaval vә başqa musiqi alәtlәri var idi.
Uzun boyunlardan zәrif şәrflәr sallanırdı. Xaqanın baxışlarından
dәstә, su altındakı yosunlar kimi ürkәk-ürkәk yırğalandı. Yuxarıdan-
aşağıya qәdәr. Qәribә tәzim idi – bütün bәdәn әzaları tәrpәnirdi.
Yalnız kәnizlәrә vә yalnız limanda buna icazә verilirdi. Başlarını
yerә endirdiklәrindәn üzlәrini görmәk mümkün deyildi. Hәr
halda, bir çöhrәni görmәyә macal tapdı. İntәhası, lәnәt şeytana,
deyәsәn, onu süzüb qiymәtlәndirirdi. Xaqan dәn düşmüş qalın
qaşlarını qaldırdı – hәlә belә şey olmamışdı. Xaqanı salamlayanda
qoşun üzüüstә düşürdü, biçilmiş kimi yerә sәrilirdi. Öz bәyini
salamlayan altmış beş kәnizdәn ibarәt hәrәmxanadakılar isә utan-
caqlıqla gözlәrini yerә dikib, onu musiqi vә sözsüz nәğmә ilә
astadan müşayiәt elәyirdilәr. Amma bir cüt göz yerә dikilmәdi.
Gözlәr göy, saçlar qara. Hamar alnına tökülәn zәrif saçları elә
bil daha çox qıvrım idi. Bu uyğunsuzluq – Aralıq dәnizi gözlәri
vә çöl saçları – ilk növbәdә gözә çarpırdı. Uyğurdu? Macardı?
Xaqan hәvәssiz-hәvәssiz düşünürdü. Gözlәri qınından çıxan
337