Page 334 - pryaxin
P. 334
rgi Pryaxin

Bir kәlmә kәsmәsәk dә, o, mәnim yadımda qaldı. Başqa
qitәdәn zillәnmiş öcәşkәn baxışlar. İndi hardadı, başına nәlәr
gәlib? Beslan faciәsi onun da ürәyini dağlamayıb ki? Mәnim
yaşıdımdısa, iki min dördüncü ildә hәmin mәktәbdә, hәtta uşaqları
yox, nәvәlәri oxumalı idi. Balaca uşaqlara olduğu kimi, onlara
da adamın ürәyi yanır. Sanki gecәnin özünün ürәyә zillәndiyi o
baxışlar çox-çox illәr sonra hәmin gecәyә heç bir dәxli olmayan
şәraitdә yadıma düşmüşdü.

İki, ya hәtta üç “Volqa” ilә çöllә irәlilәyirdik. Stavropol
diyarı ilә Kalmıkiyanın sәrhәdindә yerlәşәn Divnә – Stavropolda
çölün düzündә belә bir rayon mәrkәzi var, – gedirdik ki, sonra
oradan Budyonnovska keçәk. İki maşın bizimlә düz Moskvadan
gәlirdi, üçüncüsü burada qoşulmuşdu. Sübh tezdәn, alaqaranlıqdan
yola çıxmışdıq. Burada çöl Nikoladakı kimi deyil. Bizdә qobu da
var, Kurunta qobusu, tәpәlәr dә. Burada isә adi gözlә görmәk
olar: sadәcә dәniz çökәkliyi. Stol kimi hamar. Әvvәlcәdәn heç
nәyә әl vurmadan üstünә parket döşәmәk olar. Burada, onsuz da,
heç nә әkib-biçmirlәr, әsasәn heyvandarlıqla mәşğul olurlar,
üstәlik dә payız öz işini görmüşdü, otlar solmuş, çölü sanki
toyuq kimi ütmüşdülәr. Uzaqda әyri-üyrü seyrәk meşә zolaqları
gözә dәyirdi. Biz çoxuq. Qabaqdakı maşında yalnız mәnimlә
sürücü yatmır. Sürücüyә mürgülәmәyә sükan mane olur – hәrdәn
burnu gedib sükana dәyir, mәndә isә illәrin vәrdişidi – köçәri
quş kimi bir yerdә duran deyilәm. Yolda yata bilmirәm, bütün
günü oturub, üstümә gәlәn hәyata zillәnirәm. Ona görә yox ki,
dözümlüyәm, ya hәr şeyә maraq göstәrirәm, daha çox, әsәbi
olmaqdandı. Yol nevrasteniyası. Onda bir az mürgülü idim:
Moskvadan bir belә yol qәt elәmәyimiz öz işini görmüşdü.
Birdәn elә bil çiynimә toxundular. Qәribә bir işıq sifәtimi yalayıb
keçdi. Gözümü açdım, fikirlәşdim ki, üz tutduğumuz şәrq tәrәfdә
gün çıxır. Yox, o, hәlә çıxmağa hazırlaşır, meşә zolağının arxasında
hәlә qurdalanır. Ancaq özündәn irәliyә bu sısqa meşә zolağının
üstündәn qәribә çaparını – yaşıl şüanı göndәrmişdi! Xalis yaşıl
şüa, demә, tәkcә dәnizdә olmurmuş. Aydın vә uzun olan bu şüa
meşә zolağının arxasından çәpinә göyә millәnmişdi. Sonra
biçilmiş zümrüd rәngli ot zolağı, – bu mәqamda payızın silib-

334
   329   330   331   332   333   334   335   336   337   338   339