Page 330 - pryaxin
P. 330
rgi Pryaxin

mәnim üçün dәrkedilmәz idi! Axmaqların bәxti gәtirir. Mәn dә
axmaq olmaq istәyirdim, di gәl, qabaqda oturmuş yuxarı sinif
qızlarından heç biri nәdәnsә dizimin üstünә düşmürdü.

Bir sözlә, bizdәn tәkcә Vitka eyni vaxtda iki müxtәlif
istiqamәtә sәfәr elәdi vә sәfәrdәn hamımızdan böyük qayıtdı.
Mәn isә tәәssürat sarıdan yox, tәsәvvür sarıdan zәngin qayıtdım.
Tәsәvvürüm dә birdәn böyümüşdü. Bu sәfәr mәnim çöl psixikama
dağların ağır tәsiri ilә dә yadımda qalmışdı. Biz Hәrbi Gürcüstan
yolu ilә Tiflisdәn keçәrәk dәnizә gedirdik. Zirvәsi dumanların
içindә görünmәz olan, başımız üstündә ucalan qayalar adamı
qorxudub vahimәlәndirirdi. Üfüqün olmaması mәni çaşdırmışdı.
Hara baxırdınsa, baxışların әl uzaqlığı mәsafәdә daşlara dirәnirdi.
Hәtta bu sayda görmәyә öyrәşmәdiyim ağaclar da elә bil daş
idilәr, çünki aşılmaz divar kimi cәrgә ilә dayanmışdılar. Mәn
keylәşmişdim vә sәmti itirmişdim. Bizim cәnub tәrәflәrdәki
bazar meydanlarında, sadәcә adam çox olan yerlәrdә o vaxtlar
sәyyar attraksionlar – qapalı yerdә şaquli vәziyyәtdә motosikl
sürmәk dәbdә idi. Artistlәr yerli uşaqların kömәyi ilә içindә
tamaşaçılar üçün bölmә olan, çәnә oxşayan bu silindrşәkilli
hündür divarı qururdular. Quraşdırma qurtarandan sonra qәzetdәn
kәsilib düzәldilmiş birmanatlıq biletlә sәbirsiz, cәsur tamaşaçıları
“çәnin” içinә buraxırdılar. Artistlәrin әn cәldi, qoçağı gurultu ilә
yüngül “drandulet”ini, adi “kovrovets”ini işә salır vә sürәt verib
divara dırmaşdırırdı. Saçları vız duran vәcdә gәlmiş tamaşaçıların
başı üstündә fırlanıb spiralvari dairәlәr cızır, gah sürәtlә aşağı
enir, gah yuxarı qalxırdı. Mәnә elә gәlirdi ki, biz dә öz yük
maşınımızla dik qayada o cür başgicәllәndirici dairәlәr cızırıq,
әslindә isә nә dala gedirik, nә qabağa. Dәniz xәstәliyi varsa,
mәndә dә dağ xәstәliyi әmәlә gәlmişdi vә düzәnliyә çıxanda bu
xәstәlik bir andaca yoxa çıxdı. Uzaq üfüqü görәn kimi rahat
nәfәs almağa başladım.

“Çayka” maşını da yadımda qalıb. İri, parıltılı... Sanki bir
parça antrasitdәn hazırlanmışdı. Hәlә nömrәsi dә yoxdu. Nömrә
әvәzinә “Sınaq” yazılmış qәşәng lövhә vurulmuşdu. Görünür,
gәlәcәk “üzvdaşıyanların” әcdadının buraxılışına onda tәzә-tәzә
başlamışdılar vә hökumәt limuzinini Hәrbi Gürcüstan yolu kimi

330
   325   326   327   328   329   330   331   332   333   334   335