Page 329 - pryaxin
P. 329
Xəzər yuxuları
tımdakı ilk böyük sәfәrimi әngәlsiz, rahat keçirә bilim vә yalnız
qışda öldü.
Anamla vidalaşmaqdan әlavә, o sәfәrdәn yadımda bәzi
mәqamlar qaldı, nә qәdәr qәribә olsa da, әn az xatırladığım dәniz
oldu. Biz cәrgә ilә oturmuşduq: bir skamyada oğlanlar, o birisindә –
qızlar. Böyrümdә sinif yoldaşım, diribaş, sarışın Vitya Xudobin
oturmuşdu. Onun qarşısında sanki işıq saçan xurmayı rәngli gur
saçlarına yanağını toxundurmaq istәdiyin, mәndәn bir yaş böyük
vә bir sinif yuxarı oxuyan tәzә yerimizdәki gözәl qonşum – o
vaxt kәndin mәrkәzinә, düz mәktәbin yanına köçmüşdük, –
әylәşmişdi. Çoxdandı hәr dәfә tәsadüfәn yoluna çıxanda ona göz
qoyurdum, o isә soyuqqanlıqla yanımdan ötüb tәlәsik uzaqlaşırdı.
O, ildırım kimi belәcә, mәnim içimdәn dә keçә bilәrdi, heç hiss
elәmәzdi ki, kimi dәlmә-deşik elәyib. Sәfәrә çıxdığımız ilk
günün axırında kәlә-kötür şose yolla gedәndә – doğrudu, bizim
qreyderlәrdәn, cığırlardan sonra o vaxtlar dirәklәrdәn asılan
radioların gecә-gündüz dәm vurduğu әmәlli-başlı kommunizm
yollarına oxşayırdı – qız birdәn geri, Vitkanın dizlәrinin üstünә
düşdü. Bütün gözәlliyiylә onun dizlәrinin üstünә yıxıldı vә qalan
yolu da kefini pozmadan belәcә getdi. Elә bil tәyyarәdә bir dәnә
kreslo açılmışdı. Vitkanın yerinә olsaydım, bu gözlәnilmәz
xoşbәxtlikdәn donub-qalardım, heç әl-qolumu da tәrpәtmәzdim.
O isә özünü tamam başqa cür apardı. Qızın ağ koftasının iki
yuxarı düymәsini açıb öz çirkli, nadinc әllәrini koftanın altına
soxdu vә yenicә böyümәyә başlayan iki zәrif “tәpәciyi” ovuclarına
aldı. Xumarlanmasından, saçları kimi şabalıdı olan uzun, tutaş
kirpiklәrinin pәjmürdәliyindәn qızın bundan xoşhallandığı hiss
olunurdu. Heyrәtdәn bәrәlmiş gözlәrimlә görmәsәydim, buna
inanmazdım! Vitkadan fәrqli olaraq, әlimi yanıma salıb tәrpәnmәyә
belә qorxardım. Gözlәrimi dә bir nöqtәyә mıxlayıb qalardım,
ancaq bunu elәmәk gücündә deyildim, onlar mәndәn asılı olmadan,
hәrdәn-hәrdәn qadağan olunmuş sәrhәdi keçirdilәr. Daha bir şey
qәribә idi. Әllәrini belә xәlvәt yerdә saxlayaraq, barmaqlarını
tәnbәl-tәnbәl oynadan Vitka zırrama, xoşbәxtlikdәn donub-qalmaq
nәdi, hәtta әtrafdakı uşaqlarla mırt vurur, sanki barmaq kimi
nazik boynuna taxılmış uzunburun başını hәr yana döndәrmәyә
macal tapırdı. Bu, artıq mәni, sadәcә olaraq, üzmürdü, ümumiyyәtlә,
329