Page 324 - pryaxin
P. 324
rgi Pryaxin

xatırlamadığı doğma dağlara tәrәf üz tutdu. O, yaxşı tәhsil
görmüşdü, elmdә böyük ümidlәr verirdi vә çirkә, qana bulaşıb
әlinә silah götürmәk ürәyindәn deyildi, üstәlik dә havadarı,
xeyirxahı saydığı adama qarşı. Könülsüz getmәyinin, sәfәri tәxirә
salmağının bir sәbәbi dә var idi: Peterburqda onun ilk sevgisi
qalırdı. Şamilin varisi bu sevgiyә, ilk sevgidә olduğu kimi, bütün
dağlı ehtirasını qoymuşdu. Güc-bәla, dayana-dayana, cavanların
vida mәclislәri ilә dağәtәyinә çatdılar vә boyun әymәyәn müridin
adamlarına varisin gizli tәhvil verilmәsi dә elә orada baş tutdu.
Ancaq ondan atası, qardaşları kimi cәngavәr çıxmadı. Gözgörәsi
sozalmağa başladı, hәtta yenә әlahәzrәtin icazәsi ilә Peterburqdan
dağlara gәlәn saray hәkimi dә kömәk elәyә bilmәdi. Oğlunun
vәtәnә qaytarılmasında tәkid etdiyinә görә Şamil peşman olmuşdu.
Mәsәlә onda idi ki, Peterburq uğursuz sevgidәn vә tәhsildәn
savayı, onu sürәtlә inkişaf edәn şimal vәrәmi ilә dә zәhәrlәmişdi.
O vaxtların ovqatına köklәnsәk, hәqiqi “zәhәrlәnmәni” dә güman
etmәk olardı, ancaq bunun bir mәnası da yox idi; Qafqaz
müharibәsindә mәkrlilik hәr iki tәrәfdә kifayәt qәdәr olsa da,
belә şey rus pravoslav mütlәqiyyәtinә xas deyildi. Şamilin ilki
әlinә xәncәr almadan, qardaş hesab etdiyi rus qanına әlini
batırmadan, qüssәdәn, xәstәlikdәn ölüb-getdi. Әgәr kimsә,
hәqiqәtәn, onu zәhәrlәmiş olsa da, bunu dağlıların özü etmiş
olardı, çünki bu, yalnız onların işinә yarayardı.

...Bizim qabağa gedәn yerlimiz Kislovodska gәlәndә, hәr dә-
fә mütlәq Nikolaya baş çәkirdi. Yәqin, Kislovodskı Rusiya
olduğuna görә seçmirdi – respublika nazirinin Rusiyada gedә
bilәcәyi azmı kurort var idi? Ona görә seçirdi ki, Rusiyadan çox,
onu özünә çәkәn Nikolanın yaxınlığında olması idi. Sanatoriya
“Volqa”sında bizim Nikolaya gәlib, böyüdüyü evә – Georgi Pan-
teleyeviçin evinә düşürdü. Georgi Panteleyeviçin bağçasında
ocaq qalayır, qәnimәt kimi hәr bir nikolalının evindә olan, bir
vaxtlar Şәrqdәn gәlәnlәrdәn alınan qazanı ocağın üstünә asıb
plov bişirirdilәr. Borş yox, nәzәrә alın ki, bütün dәm-dәstgahını
nazirin dünyanın o başından şәxsәn özü ilә gәtirdiyi plov. Bu
müqәddәs işә yaxın buraxılmayan Mariya xala isә dinmәz-
söylәmәz onların dediyinә әmәl elәyirdi. Başqa vaxt bunu tәsәvvür

324
   319   320   321   322   323   324   325   326   327   328   329