Page 319 - pryaxin
P. 319
Xəzər yuxuları

gәnc, diribaş olan xalası qızı Nüsya Rudakova ilә birlikdә on
beş kilometr uzağa, qonşu Petropavlovski kәndinә, o zamanlar
tamamilә allahsızlardan ibarәt olan dairәdәki yeganә Pyotr vә
Pavel kilsәsinә apardı. Uşağı döşdәn birdәn kәsәn kimi, mәni dә
Asiyadan elә hәvәslә qoparırdılar. Asiyadan rus, Morşansk
tәrәfimә ki, Asiyanın izi-tozu da qalmasın. Ancaq qırx yeddinci
il aclığının tüğyan etdiyi vaxt öz boğazlarından kәsib keşişә
içalatı tәmizlәnmiş toyuq, iyirmi dәnә yumurta aparıb, geri
döndüklәri gün evimizi soymuşdular. Evdә az-çox qiymәtli nә
varsa, әn başlıcası da, anama valideynlәrindәn, daha dәqiq desәk,
yaxşı dolanışıq olduğu zamanlardan miras qalan sandığı
aparmışdılar. Bu iri, oyma ayaqları olan sandığı xatırlayıram:
mәnim vaxtımda ona iç tәrәfdәn, әvvәllәr olduğu kimi, kerenkalar1
yox, gәnc Sovet hakimiyyәtinin “Dayan! Bura olmaz – bas
bayıra!” tipli gurultulu plakatlar yapışdırılırdı. Artıq onun içindә
nә pul, nә başqa bir sәrvәt var idi: skipidar iyi verәn quru,
qırmızı ağac özündә indi yalnız keçmiş xoşbәxtliyin әtirli qoxusunu
saxlamışdı. Sandığın tabut kimi ağır qapağını qaldıra bilәndә,
hәmin ovsunlayıcı qoxuların ardınca ora baş vurmuşdum. Belә
ki, xaç suyuna salındığım gün anamın hәyatında qara gün oldu;
yalnız toyuğunu itirmәdi, hәm dә öz pravoslav yadigarı ilә
birlikdә Qara torpağa, Arbiçkoya, mәni o vaxtdan hәmişә özünә
çәkәn Manıça getmәyә mәcbur oldu. Bu yaxınlarda yuxuda,
yәqin, mәnim uğursuz xaç suyuna salınma mәrasimimә dә aid
ola bilәcәk bir cümlә eşitdim: “Allah ona görә Allahdı ki, heç
nәyә qarışmır”. Bu qarışmamaq, ola bilsin, qüdrәtin әn aşkar
tәzahürüdü. Vә mәn onu minnәtdarlıqla hiss elәyirәm.

Anamın başqa qadınlarla birlikdә, az qala imәklәyә-imәklәyә
sırsıra bağlamış kollardan pambıq yığdığını dumanlı xatırlayıram.
Bizim bәrәkәtsiz torpaqdan zorla boy göstәrәn pambıq kolları
yalnız noyabrda açırdı. Bu yerlәrdә pambıqçılığın peyda olması
da asiyalı köçkünlәrlә bağlıdı. İkievli, ikibölgülü hәyat, hәtta
komendaturanın nәzarәti altında belә, necәsә öz ictimai qaydalarını
yaradırdı. Misal üçün, mәnә danışırdılar ki, müsәlman bayramlarında

1kerenka – 1917-ci ildə müvəqqəti hökumətin başında Kerenski durduğu zaman
buraxılan 20 və 40 manatlıq əsginas

319
   314   315   316   317   318   319   320   321   322   323   324