Page 314 - pryaxin
P. 314
rgi Pryaxin

fәrziyyә olunan qiyamçı sürgün edilmişdi. Mәnә elә gәlir, fәrziyyә
olunanlar әsl qiyamçılardan dәfәlәrlә çox olmuşdu; şübhәlәrimdә
nәyә әsaslandığımı aşağıda deyәcәyәm. Minlәrlә! Başlıca olaraq,
özbәklәr vә taciklәr. Bütün bunlardan başqa, yeni hakimiyyәt
pıqqıltı ilә qaynayan ehtiraslı insan maqmasının әsrlәr boyu aşıb-
daşdığı vә heç vaxt hәr hansı hakimiyyәtә münasibәtdә üzüyola
olmayan – hakimiyyәtin Allahdan, hökmdarın isә şeytandan
gәldiyini düşünürdülәr, – bu qeyri-adi bәşәr sivilizasiyası mәskәnini
hәmin yolla tәmizlәyir, “sağlamlaşdırır”, sadәcә boşaldırdı. Bizlәr
yox, hәlә Böyük Yekaterina deyib: torpaq nә qәdәr bәrәkәtlidisә,
orada yaşayan xalq da bir o qәdәr mәğrur vә azaddır. Ancaq
bәrәkәtli torpaqlar son dәrәcә az, bu torpaqlara şәkәrә qarışqa
kimi daraşan xalq isә hәddindәn artıq çoxdursa, onda mәsәlә
qәlizlәşir. Fәrqanә әtrafında yaşayan xalqlar çox yaxşı vә tәrs
olduqlarından, tәsadüfi deyil ki, bu radon çәnindә yaşayanlar
qırğına vә qiyama hәmişә hazırıydılar. Vә güman etdiyim atam
Fәrqanә vadisindәn dörd min kilometr uzaqda olan doğma
kәndimizә, hәtta anamdan әvvәl gәlmişdi. Anamı vur-tut qırx
kilometr, atamı isә dörd min kilometr uzağa sürgün elәmişdilәr.
Necә fövqәladә әczaçı olasan ki, belә kosmik fәzada, qızdırılmış
şüşәdә olduğu kimi birlәşmәyәn iki çox kiçik cismi birlәşdirәsәn
vә gözlә görünmәyәn üçüncü alına! Hәqiqәtәn – bu da Allahın
sәlahiyyәtindәdi, çünki yalnız Allah bu cür möcüzәlәr göstәrir.

Bundan sonra gәl indi de ki, İosif Stalin yalnız generalissimusdu.
Anam otuz beşinci ildә – on doqquz yaşında, atam otuz birinci
ildә – beş yaşında sürgün olunub. Bundan belә nәticә çıxarıram
ki, istәnilәn hakimiyyәt üçün әsl qiyamçılardansa, “rәğbәt
bәslәyәn” qiyamçıların yaxasından yapışmaq daha asandı. Ona
görә istәnilәn ilk “alicәnab” cәza tәdbirlәrindә ikincidәn daha
çox adam qamarlanır. Hәtta Senat meydanında asılanların arasında
bir nәfәr az-çox әsl qiyamçı – o da heç bir diktatorluq elәmәdәn,
vur-tut bir әlyazısında “diktator” titulunu öz üzәrinә götürmüşdü –
dörd nәfәr isә “rәğbәt bәslәyәn” olmuşdu: bu da sizә tәxmini
nisbәt. Tәkcә bizim kәndә, müxtәlif mәlumatlara görә, on beş
mindәn otuz minә qәdәr adam gәtirilibmiş. Doğrudu, nә Stavropol-
da, nә başqa yerlәrdә cәzalandırılan asiyalıların sürgün olunduğu

314
   309   310   311   312   313   314   315   316   317   318   319