Page 316 - pryaxin
P. 316
rgi Pryaxin
elә onlara görә salınmışdı. Qürbәtdә elә ilk gündәn qırılmağa
başlamışdılar. Dәmiryolu stansiyasından, şәhәrdәn minik
arabalarında dirilәrlә bir yerdә otuza yaxın meyit gәtirmişdilәr –
bәs yarım il çәkәn әzablı, mәşәqqәtli yollarda, yarımstansiyalarda,
gözdәn uzaq yerlәrdә, tәpәliklәrdә nә qәdәri ölüb-qalmışdı? Ac-
lıqdan, üfünәtli tünlükdәn vә sadәcә öyrәşmәdiklәri şiddәtli
şaxtadan qırılırdılar. Otuz üçüncü ildә isә Qızıl ordu әsgәrlәri
süngülәrini çıxara bilәrdilәr: konvoy altında gedәnlәrin qaçmaq
nәdi, heç yerimәyә taqәtlәri yox idi. Ya bәdәnlәri şişirdi, ya
qupquru quruyurdular: bizim Nikola qәbiristanlığının altı –
dünyada әn tәmiz yerdi. Süngünü bir şeyә görә çıxarmırdılar:
әsgәrlәrin özlәri ac kölgәlәrtәk onlara söykәnirdilәr, qoruduqları
hakimiyyәt kimi onlar da yalnız süngü hesabına ayaq üstә
dayanırdılar.
Tәkcә hakimiyyәt qarşısında tәqsiri olan qeyri-rusları yox,
onlarla bir yerdә köçürülәn saysız-hesabsız pravoslavları, tabe
olub, itaәt etmәyәnlәri dә kәnddәki evlәrә yerlәşdirirdilәr.
Kimlәrinsә, mәnim nәnәm kimi keçmiş günahları var idi, çoxları
isә tәrslik edib kolxoza, ümumi xoşbәxt hәyatın qapısından
girmәdiyinә görә sürgün olunmuşdu. Siz bu fәrsizin dalından
itәlәyirsiniz, o isә әks-inqilabçıdı, öz xoşbәxtliyini qanmayıb ge-
ri gedir...
Hәlә bir neçә min adamı da bizim, Allaha şükür, bağırsaq
kimi uzun kәndimizә doldurdular ki, qırx yeddinci ilin aclığının
bәs deyincә meydan sulamasına yer olsun. Sağdan-sola, soldan-
sağa, hәm Allaha, hәm dә bizim pravoslav Hakimi-mütlәqә
qәdәr. İsti-isti biç qurtar...
Bu genişmiqyaslı özbәk köçürülmәsinin, heç olmasa, hansısa
sәnәdli izlәrini tapmaq üçün bir çox illәr sәrf elәdim. Özü dә,
böyük vәzifәlәrdә – “Komsomolskaya pravda”nın baş redaktorunun
müavini, SSRİ Dövlәt Teleradio sәdrinin müavini işlәyә-işlәyә
buna çalışdım. Ay tapdın ha, Vasya! Daşkәnddәn müntәzәm
olaraq cavab verirdilәr ki, kütlәvi köçürülmә haqqında mәlumat
yoxdu. Daha Moskva barәdә nә deyәsәn? Mәn axı qırılanların
sayını istәmirdim. Bu halda “yox” cavabını az-çox başa düşmәk
316