Page 313 - pryaxin
P. 313
Xəzər yuxuları
qayıdanda, onun guya bizim haqda qonşulardan nәlәrsә soruş-
duğunu da öyrәndim. Hәtta guya bizdәn sonra çaxırsatan Şiyanova
nәnәgilә getmişdi vә axşama qәdәr oturub çaxır içmişdi. Onunla
görüşümüzü camaat bәzәyib-düzәmişdi: şayiә gәzirdi ki, guya
mәnә bir vedrә qaysı verib. Nә az, nә çox: bir vedrә ekzotik
Asiya meyvәsinin qurusunu Donbasdan gәtirib mәnә bağışlayıb.
Gәtirib, yolda-izdә dağıdıb-tökmәyib. Nikolada yad yerin bu
çәrәzi barәdә xatirә hәlә yaşayır – bu haqda irәlidә danışacağıq.
Mәnimlә bağlı әhvalatla bir yerdә qaysı da dövriyyәyә buraxılıb.
Qaysı – iştahanızı bol elәyin! O, әsgәr çantasından mәnә heç bir
mismar da vermәmişdi. Sergey dayım başqa mәsәlә. Ata, baba
olduğum indiki çağımda bu, mәni daha çox narahat elәyir. Doğma
oğluna heç bir pay gәtirmәyәsәn? Xatirә üçün nәsә bir şey...
Mümkündürmü? Çәtin ki...
Daha bir mәsәlә. O, iyirmi altıncı ildә doğulmuşdusa, әlli
altıncı ildә tәxminәn otuz yaşı olardı. Heç vәchlә qırx olmazdı.
Yәni bu qәdәr sәhv elәyә bilәrәm? Әlbәttә, adam on bir-on iki
yaşında olanda bütün yaşlıları qoca bilir. Ancaq, hәr halda, uyğun
gәlmir... Necә olsa da, onun atam olmasını hәmişә elә çox
istәmişәm ki, özüm üçün buna çoxdan qәrar vermişәm: elә o idi!
Axı mәn, heç olmasa, öz gözümlә onu bircә dәfә görmәliydim –
hәmin o “bir dәfә” dә elә onda olmuşdu.
***
Hakimiyyәt, xüsusilә sovet-rus hakimiyyәti öz xalqına qarşı
çox laqeyddi! Hamıya mәlum dәhşәtli laqeydliyin bir nümunәsi
kimi Böyük Vәtәn müharibәsindәki itkilәri misal çәkmәk olar. O
qәdәr dә mәşhur olmayan mәhәlli döyüşlәrdә dә itkilәr az
olmayıb.
Misal üçün, dәqiq bilirәm ki, otuz-otuz birinci illәrdә qәddar
Budyonnı (Mәrkәzi Asiyada bu bığlı kentavrın bәxti Mәrkәzi
Avropa vә Varşava әtrafındakından daha çox gәtirmişdi) Sovetlәrә
qarşı hansısa Asiya müqavimәtini tamamilә darmadağın edәndәn
sonra ordan, әsasәn Fәrqanә vadisindәn minlәrlә hәqiqi vә
313