Page 317 - pryaxin
P. 317
Xəzər yuxuları

olardı: keçmişdә olanları yada salanın gözü tökülsün. Mәn
yalnız şәksiz faktlar barәdә soruşurdum: sәnәdlәr varmı? Vә bir
şәxsi mәsәlә ilә maraqlanırdım. Anam mәnә heç vaxt atamdan
danışmamışdı. Bәlkә, onun sağlığında çox kiçikdim? Bәlkә,
xatırlamaq istәmirdi? Mәnim hәyatımı mürәkkәblәşdirmәkdәn
qorxurdu? Birinci, atam da anam kimi sürgün edilmişdi vә anket
dolduranda çәtinlik yaranacağını, әlbәttә ki, anlayırdı. İkinci,
böyüyәndә birdәn axmaqlıq edib onu axtarmaq fikrinә düşә
bilәrdim. Üçüncü... Üçüncü sәbәb dә var idi, ola bilsin, hәm dә
başlıca sәbәbdi; anam nәinki mәnimlә, ümumiyyәtlә, heç kimlә
niyә әrindәn ayrı yaşadığını müzakirә etmәyi xoşlamırdı... Mәn
atamın soyadını öyrәnmәk istәyirdim – bax ona görә soruşurdum.
Başqa sözlә desәm, nәhayәt, öz әsl, hәqiqi soyadımı bilmәk
istәyirdim. Sliçit – kәndçilәrimiz, qohumlarımız onun soyadını
anam ölәndәn sonra dilә gәtirirdilәr: atam haqqında nә bilirәmsә,
mәndә zәrrә-zәrrә anam ölәndәn sonra toplanıb – ya dillәri
açılmışdı, ya artıq böyüdüyümdәn, bu kövrәk mövzuda mәnimlә
söhbәt etmәk mümkün olmuşdu. Ancaq mәn rәsmi sәnәdlәrdә
sürgün olunanlar arasında bu soyadda adam olub-olmadığının
tәsdiqini görmәk istәyirdim. Xәyali dә olsa, heç olmasa, anket
mәlumatlarına görә. Heç bir iz tapılmırdı. Onları köçürmәlәri,
cәzalandırıb, az qala ölümә yollamaqları bir yana, siyahıya
almağa da layiq görmәmişdilәr – bax bu da öz xalqına qarşı
laqeydliyin zirvәsi. Bundan artıq nә deyә bilәrәm? – dahiyanә
bir rus әsәrindә taleyә boyun әymәklә bağlı ruslar vә qeyri-ruslar
barәdә belә yazılıb. Cәzalandırılan rusların vә qeyri-rusların
hüquqları ilә bağlı qәribә şeylәr baş verirdi. Onların bütün
hüquqları әllәrindәn alınmışdı, bir müqәddәs hüquqdan – Böyük
Vәtәn müharibәsindә vuruşmaqdan savayı. Köçkünlәrin içindә
başıpapaqlı qoymamışdılar: dayımın on yeddi yaşında cәbhәyә
getdiyini artıq demişdim. Kәndә, necә lazımsa, әl gәzdirmişdilәr
vә belә görünürdü ki, nikolalılar ürәklә vuruşmuşdular: hәlә
dövlәt tәrәfindәn himayә olunanları, bizdәn olmayanları hesaba
almasaq, kәnddә müharibәdәn sonra nә qәdәr şikәst әmәlә
gәlmişdi! Bizlәr, qırxıncı ilin sonlarında doğulan oğlanlar,

317
   312   313   314   315   316   317   318   319   320   321   322