Page 321 - pryaxin
P. 321
Xəzər yuxuları

ya da otlaqlarda kәsilәn kәbini daimi deyil. Rus qadını tarla kimi
boş qala bilmәz. Müharibәnin, sürgünlәrin biçdiyi özününkülәr
әkmәdilәrsә, başqaları әkib-becәrdilәr. Ancaq taxıl, bizim yerlәrdәki
pambıq kimi qeyri-adi alındı. İyulda tәzәcә dәn tutan taxılın
içindә artıq qara, qarsalanmış boğazotları gözә dәyir. Buraların
qarışıq uşaqları öz qeyri-adiliklәri ilә sadәcә uşaq idilәr: rus
dilindә quş kimi ötürdülәr (başqa heç bir dil bilmirdilәr) vә hәtta
qanı qarışıq olmayan yaşıdlarından çox vaxt daha diribaş olurdular.
Qanı qarışıq, xüsusәn dә, dalbadal ikinci dәfә sinifdә qalan
qızların saçı qaradan çox, göyә çalırdı vә parıltılı olurdu: biz
oğlanlar onların hörüyündәn çәkib öcәşdirirdik, intәhası, gәnc
müәllimlәrimiz xәlvәtә düşәndә onların saçına sığal çәkirdilәr.
İllәr keçdi, oğlan fәrasәtli çıxdı vә Orta Asiya respublikalarının
birindә, deyәsәn, Tacikistanda Mәdәniyyәt naziri vәzifәsinә qәdәr
yüksәldi: belә ki, Şәrq içilmiş çay kimi Nikolada çöküntü vermәdi.
Nikolanın da Şәrqә iddiası var: әn azından qanad verib ki,
ucalarda uça bilsin. Axı yarımcan olduğu halda, hәm öz uşaqlarına,
hәm ögey uşaqlarına bundan artıq nә verә bilәrdi ki? Böyük
adam olandan sonra isә – görünür, bәzgәk qanadı imiş – Georgi
Panteleyeviçin köhnә dostu mәzuniyyәtdә Nikoladan yüz әlli
kilometr aralıda yerlәşәn Kislovodskda dincәlmәk fikrinә düşür.
Çoxdan hiss etmişәm: öz tarixi vәtәnlәrindәn uzaqda, rus, Avropa
mühitindә böyüyәn milli azlıq nümayәndәlәri әcdadlarının torpa-
ğına qayıdanda da tamamilә assimilyasiya olmurlar. Anadangәlmә
rus sevgisini özlәrilә daşıyırlar – hәtta Çeçenistanda federallarla,
ruslarla döyüşәnlәrin böyük әksәriyyәti dә Qazaxıstanda, Sibirdә
sürgündә böyüyәn çeçenlәr yox, doğma yurdda doğulanlardı.
Әminәm ki, mәhz sürgün hәyatı bu uşaqları nifrәtdәn uzaq tutub
vә onlara, demәk olar, katorqa sağlamlığı verib (siyasi baxışlarına
görә katorqada olanlara baxaq: ordan qayıdanların hamısı az
qala uzunömürlüdü). Әgәr demokratiya yeddi ilә yaxın sürәn
müharibәyә davam gәtirirsә, onda yeni tariximizin başqa yozumunun
da yaşamağa az haqqı yoxdur: cahillәr – savadlı, bilikli “işıq
savaşçılarından” daha qәzәblә, daha inadla döyüşür.

Bilik – әlbәttә, gücdü. Biliyin yoxluğu isә – qorxunc gücdü.
Düşmәni qәtiyyәtlә әzib keçәn gücdü. Zülmәtin hakimiyyәti.

321
   316   317   318   319   320   321   322   323   324   325   326