Page 323 - pryaxin
P. 323
Xəzər yuxuları

tәdris olunurdu. Әn tәәccüblüsü isә onun, doğrudan da, ağ rәngdә
olması idi, әhәnglә ağardılmış vә hәtta asiyalılardan sonra da öz
asiyalı görünüşünü qoruyub saxlamışdı; komendaturadan sonra
mәn ilk üç ili o mәktәbdә oxumalı olmuşdum.

İndi Moskvanın özündә, әksәriyyәti hәlә xoşniyyәtli olsa da,
fundamentalistlәrә rast gәlmәk olar, çünki göbәlәk kimi artan
Şәrq icmalarında bir anın içindә dini vә başqa başçılar ortaya
çıxdı. Artıb-böyümәlәrinә rәğmәn, auldakı kimi qapalı – özü dә
böyük şәhәrin gurluğunda – az qala şәriәt qanunları ilә yaşamağa
başladılar. Әgәr adam daha açıq milli mühitdәn, daha qapalı,
daha durğun, insan fәrdiyyәtini әzәn mühitә gәlirsә, әksәr vaxt
daha azad insani mühitin – böyük dünyanın könüllü sәfiri olaraq
qalır... Vә çәtin ki, nә vaxtsa әlinә silah götürüb – din naminә! –
rusun üstünә getsin. Hәtta yaşca özündәn böyük qardaşın yox,
istәsәn dә, istәmәsәn dә böyük qardaşın. Yaşca böyük qardaş heç
dә hәmişә böyük olmayıb (“kiçiklәrin” çoxu bizdәn әsrlәrlә
böyükdü – Allaha şükür, yoxsa daha passionar olardılar). Böyük
qardaşa qarşı getmәk, külәyә qarşı getmәk kimidi: gәrәk әvvәlcә
yaxşı-yaxşı düşünәsәn.

Çar istila etdiyi, ya da könüllü birlәşәn satraplarına nәinki
Peterburqda layiqli saraylar verirdi, hәlә oğullarını Paj korpusuna
yazdırır, sonra öz konvoyuna qvardiyaçı götürürdü. Konvoya! –
Öz tәmtәraqlı mühafizә dәstәsinә götürürdü, doğrudu, onlar
mühafizә funksiyasından çox, kübar müşayiәtçi vәzifәsini yerinә
yetirirdilәr. Bax belә! Südәmәr körpәni hansı döşdәn ayırıb,
hansı döşә verdiyini bilirdi. Rus çarına sadiqliyinә and içәn vә
sonralar Türkiyә generalı olan Şamilin oğlanlarından birinin
taleyi barәdә burada danışılıb. Ancaq bu oğlu dağlarda atası ilә
birlikdә idi. İntәhası, Şamilin başqa oğlu da vardı – o, hәtta Qaf-
qaz müharibәsinin әn qızğın çağında da Peterburqda, Paj kor-
pusunda, sarayda tәrbiyә alırdı. Onun taleyi dә ibrәtamizdi.

İllәr keçәndәn sonra Şamil yaşını, naxoşluğunu bәhanә gәtirib
oğlunu geri istәdi. Çar sözünün üstündә durub onu buraxdı.
Yenicә hәddi-büluğa çatmış cavan oğlan çox hәvәssiz, sәfәrini
bir neçә dәfә tәxirә salandan sonra, başının dәstәsi ilә, az qala

323
   318   319   320   321   322   323   324   325   326   327   328