Page 327 - pryaxin
P. 327
Xəzər yuxuları

***

Altmış, ya altmış birinci il idi. Yәqin, altmış birinci il olardı,
çünki anam mәni ötürәndә artıq sağ böyrünü tutmuşdu. Arıqlamış,
hәtta saçları ona irsәn keçәn qızılı parıltısını itirmişdi. Sümüklәri
sananırdı. O, xәstәydi. Ölüm, dördüncü körpә kimi çoxdan
gözlәdiyi qız uşağı kimi, qocalmış bәdәndә yad vә qorxunc
görünәn, exinokokkdan şişmiş qarnından artıq boylanmaqdaydı.
Buna baxmayaraq, başqa valideynlәrlә birlikdә mәktәbә gәlmişdi.
İyirmi nәfәrә yaxın yeniyetmәni – şagird briqadalarında, başqa
sözlә desәk, alaqetmәdә, seyrәltmәdә xüsusilә fәrqlәnmiş yed-
dinci-sәkkizinci sinif uşaqlarını әn göy dәnizә aparacaq maşını
ötürmәyә gәlmişdi. Әlbәttә, mәn gәrәk getmәyәydim. Axı anamı
heç nә ilә kömәk edә bilmәdiklәri rayon xәstәxanasından mәhz
bu yaz gәtirmişdilәr. Bir, ya iki ay әrzindә hәbsxanadaymış kimi
görüşünә getdiyimiz xәstәxanadan avtobusla özü gәlmişdi. Allahın
verdiyindәn ona aparırdıq vә elә özü gәtirdiyimiz dilәnçi payı ilә
(sözün әsl mәnasında, dilәnçi payıydı, çünki әsasәn doğmalarımızın
vә qonşularımızın verdiklәri idi) bizi yedizdirirdi. Böyüyәndәn
sonra bildim ki, gecikdirdiyinә görә әmәliyyat elәmәyiblәr. Onun
zorla gülümsәyәrәk qonşumuzun qulağına astadan dediklәri nәyә
görәsә yadımda qalıb: cavan, bacarıqlı, zarafatcıl hәkim hәr
sәhәr onların “ağır” qadınlar palatasına gәlib kandardan soruşurmuş:

– Hә, arvadlar, necәsiz, yaxşısız?
– Yox-x-x, – hәrәsi bir küncdәn dillәnirmiş.
– Onda bir dәfә buraxın, o saat yüngüllәşәcәksiniz. – Anam,
tәbii ki, başqa söz işlәdirdi vә utana-utana gülümsәyirdi: – Guya
biz hamilәyik...
Onlar, doğrudan da, hamilә idilәr: kimdәn yox, nәyә... Mәn
şәxsәn o vaxtdan miskin rus tәbabәtinin bir mәslәhәtinә danışıqsız
әmәl elәyirәm: hәyat bizi küncә sıxarsa, xalqın sınaqdan keçirdiyi
vә tibbin tәsdiq etdiyi vasitәdәn başqa çarә qalmır: gücәnin,
mәnim doğma hәmvәtәnlәrim, ümidinizi kәsmәyin! Hәmin il
qışın әvvәlindә isә ölәcәkdi. Ona görә qarşıdakı әbәdi ayrılığı
tezlәşdirib getmәmәli, ondan ayrılmamalı idim. Ancaq qeyri-adi
sәfәrә hәvәs mәni dә bürümüşdü. Әn yaxşı şagird kimi – hәr

327
   322   323   324   325   326   327   328   329   330   331   332