Page 331 - pryaxin
P. 331
Xəzər yuxuları
sәrt dağ yolunda sınaqdan keçirmәk qәrarına gәlmişdilәr. Mәncә,
bu, “Çayka”nın qorxulu yüksәklikdә, buludların altında ilk vә
son uçuşu idi. Çәtin ki, öz hörmәtli sәrnişinlәri ilә sonralar bu
yollarda görünәydi. İndi isә avtomobildә iki sürücü –
“Bolşeviçka”nın tikdiyi mülki pencәkdә iki leytenant oturmuşdu;
onlarla yol kәnarındakı yemәkxanada rastlaşdıq. Kәnd uşaqları,
tәbii ki, maşını dövrәlәmişdilәr, sanki o, antrasitdәn yox, şokoladdan
idi.
Yәqin, leytenantlar da kәndli idilәr vә müәllimlәrimizin bizi
yedizdirmәk fikrinә düşdüklәri yolkәnarındakı hәmin yemәkxanada
gürcü-kaxetiya mәhsullarından, bәlkә, az-çox içәri dә ötürmüşdülәr.
Bir sözlә, maşının yanından bizi qovmadılar, әksinә, hәtta bizi
onda gәzdirdilәr. Doğrudu, onları daha çox maraqlandıran qızlar
idi. Qızlar әvvәlcә әzilib-büzüldülәr, sonra isә bu gözәl zirehli
katafalka (bir vaxtlar Paris meriyası bu mәqsәdlә bir partiya
“Çayka” almışdı) doluşdular vә aşırımla yel kimi gedәn maşında
göyәrçinlәrtәk sәs-sәsә verdilәr. Bu sәfәr maşına götürmәdiklәri
müәllimlәrimiz onların arxasınca qaçmaq istәsәlәr dә, vaxtında
fikirlәrini dәyişdilәr: çata bilmәyәcәkdilәr – necә olsa da, hökumәt
maşını idi. Hökumәt teleqramı kimi zәrif. İrәli gedәrәk deyim ki,
gәzdirmәyi onlara hamıdan sonra tәklif etdilәr: leytenantlar yaşda
iki cavan müәllim vә yollarda, görünür, bir xeyli intim kolleksiya
yığmış iki sırtıq leytenant. Ancaq bizimkilәr bir xeyli ismәtli
çıxdılar: vur-tut yumşaq oturacaqlara yanlarını qoymuşdular, hәr
ehtimala, qapını da açıq saxlamışdılar ki, lazım gәlsә, sağ-salamat
uçub-gedә bilsinlәr. Biz oğlanlar isә kefdә idik: әn xoşbәxtlәrә,
hәtta sükan arxasında oturmağa da icazә verdilәr.
Nikola hökumәt sükanı arxasında – bu, elә-belә şey deyil!
Sәrt döngәlәri burulan “Çayka” Malıy Teatrın zәrxara pәrdәsi
kimi yaddaşıma hәkk olunub. Tiflisә axşam çatdıq. Bizim gözümüz
öyrәşdiyi palçıq daxmalardan fәrqli, alçaq vә hündür tәpәlәrin
üstündә, bir-birinin belindә tikilmiş evlәrin arasında xeyli dolaşdıq.
Toyuq hinindәki kimi darısqallıqdı: yuxarıdan uçan nә varsa,
aşağıdakıların başına düşür, ancaq bütün bu başgicәllәndirici
kommunal qarışıqlıq bütövlükdә bayram ovqatı yaradırdı. Bizim
yük maşını eşşәkarısı kimi vızıldaya-vızıldaya, qәribә meyvәlәrin,
331