Page 335 - pryaxin
P. 335
Xəzər yuxuları

süpürdüyü boş yerdә yazda göyәrmiş ot cığırı – kiminsә ürkәk
baxışı kimi sәssizcә yerini dәyişib düz üzümә düşdü. Heyrәtlә
bir-birimizә baxmağımız bir-iki saniyә çәkdi. Tәrpәnmәyә qorx-
urdum, hәtta üzünü sükana söykәmiş sürücünü dә – xoşbәxtlikdәn,
dümdüz yolda qarşıdan maşın-zad gәlmirdi – hәlә ki, dümsüklәmәk
istәmәdim. Parıltılı yerölçәn şüvül çölün üzәrinә qalxıb, sakitcә
onun arxasına endi. Mәnsә qәflәtәn onun sehrli addımına tuş
gәlmişdim. O nә axtarırdı? Hansı dünyadan gәlmişdi?
Mәmnunluqdan gözlәrimi yumdum, gözümü açanda artıq yox
idi. Sübhün sulanmış gözlәrindәn günәş ağır-ağır çölün başı
üstünә qalxırdı. Vә mәn uzaq uşaqlıq illәrindә gördüyüm yad,
ürkәk gözlәri xatırladım – Nikolada anlaşılmaz, qәdim s a r d
sözü ilә ifadә olunan başqa dünyadan baxan gözlәri. Әfsanәvi
Krezin vaxtında öz inkişafının zirvәsinә çatmış Lidiyanın paytaxtı
da “Sard” adlanırdı. “Krez kimi varlı” – bu da sardların hökmdarı
haqqında deyilib.

***

Saray әhlinin gәmilәrә minmәsi bir gün vaxt apardı. Xaqan
özü ilә xatunun başqa-başqa gәmilәrdә üzmәsinә qәrar verdi.
Onlar İtildә dә müxtәlif saraylarda, hәtta şәhәrin ayrı-ayrı
sәmtlәrindә yaşayırdılar: o – İtilin özündә, paytaxtda barmaqla
sayılası kәrpic vә daş tikililәrin birindә, arvadı – Xәzәranidә,
oyma ağacdan tikilmiş iqamәtgahda. Gәmi sәfәri onun üçün
ciddi dövlәt tәftişinin yekunu idi. Gördüklәrini ümumilәşdirir,
aldığı mәlumatları tәhlil elәyir, müfәssәl qeydlәr aparır, yalnız
tәyinatlarla bağlı deyil, hәm dә vәzifәdәn çıxarılmalarla, hәtta
yerlәrdәki yoxlamalara uyğun olaraq edamlarla bağlı әmrlәri
imzalayırdı. Gәmi ona çoxdan arzuladığı tәk olmaq imkanını
verirdi. Bütün üst göyәrtә xaqan üçün ayrılırdı – bu, әslindә
oyma ağacdan tikilmiş saraydı. Xidmәtçilәr vә keşikçilәr gәminin
su xәttindәn aşağıda qalırdılar. Xatun hәr dәfә ona hökmdarla
sarayı bölüşdürmәyin tәklif olunacağına ümid elәyirdi, ancaq bu

335
   330   331   332   333   334   335   336   337   338   339   340