Page 340 - pryaxin
P. 340
rgi Pryaxin

dövründә daha da varlanmış bicdir. Xaqanın özündәn dә varlı.
Son vaxtlar aralarında nәsә baş verir; xaqan qәti әmindi: vaxtı
çatanda – hәmin vaxt elә dә uzaqda deyil – xaqanın hәlә güclü
olan boynuna salınan ipәk ilgәyin bir ucunu arxada gizlicә,
lәzzәtlә dartan mәhz gözә görünmәyәn Birinci bәy olacaqdı.
Bәlkә, elә iki ucunu da. Gözә görünmәsә dә, qәlәbә hayqırtısını
artıq içindә boğa bilmәyәcәkdi.

Onun gәrәk bu mәktublardan xәbәri olmayaydı. Onsuz da
hәddindәn artıq çox şey duyurdu. Hәtta әn sıravi hun da sәmt
külәyinә üz tutub gedәndә, onu üç dostu sıyrılmış qılıncla
müşayiәt elәyirdi ki, ayıpәncәsi kolluğunda domuşub gizlәnәn
ayıq-sayıq düşmәnlәri başını turp kimi qoparmasınlar. Xaqan
son vaxtlar özünü dә ölmәz Attilanın legioneri sayırdı: bir az
sayıqlığını itirәn kimi növbәti gizli xeyirxahı әlindә xәncәr peyda
olurdu. Lәnәtә gәlmişlәr, qamışlıqdakı qaban kimi әtrafını
sarmışdılar. Hamısını da elәyәn qızıl taxt-tacın dayağı, istinadgahı
olan hәmin Baş Xeyirxahdı. Tәkcә qızını, nәvәsini yox, hәtta
Qancığı da onun yatağına salmağa hazırdı. Hә, bugünkü Qancıq
pis deyildi. Qanı qarışıq gözәllәr gözәli. Görәn, bu qızı hardan
tapmışdı?

Mәktubu xaqan özü yazırdı. Birinci Bәyin onu niyә sevmәdiyini
bilir: öz әksәr sәlәflәrindәn fәrqli olaraq, az qala bütün dövlәt
işlәrini xaqan özü hәll edir. Lazım gәlsә, üç yüz min qılınc
sayına qәdәr çatdırıla bilәn qoşunu da döyüşә özü aparır. Ancaq
şöhrәt hәrisi olduğuna görә yox. Mayalanmış xәmir tabağının
ağzını örtmәyi yad adama etibar elәyәn kәs yaxşı çörәkçi ola
bilәrmi? Xaqan isә bir vaxtlar – elә indi dә – çox yaxşı çörәkçi
olmuşdu! Müharibәnin qalibiyyәt dәrәcәsi istәnilәn sәrkәrdә
üçün qoşunun arxasında, ya da daha etibarlı olsun deyә, önündә
evә gedәn qәnimәt yüklәnmiş dәvә karvanının uzunluğu qәdәrdi.
Yalnız xaqan üçün bu dәrәcә karvanın yox, qoşunun öz uzunluğu
ilә, müftәxor dәvәlәrin yox, döyüş atlarının sayı ilә ölçülürdü...

Artıq gecәyarısından ötüb. Gәmi öz yolunu irәli uzadılmış
tüstüsüz mәşәllәrlә işıqlandırıb, çayın iti axarı ilә gedirdi. Xaqan
mәktubu özü dә gözlәmәdәn tez vә aydın yazdı. Çünki beynindә
çoxdan bişirmişdi. Yazmadı – özü axıb kağıza töküldü. Birini

340
   335   336   337   338   339   340   341   342   343   344   345