Page 345 - pryaxin
P. 345
Xəzər yuxuları

Bu hәr iki adın nә qәdәr elmi olduğunu bilmirәm – ağlım
kәsәndәn mәnә görә, valideyn günü Pasxadan sonrakı ikinci
bazar ertәsinә düşürdü, ancaq әllinci illәrdә SSRİ-dә, 7 noyabrdan
vә 1 maydan savayı, yalnız bazar günlәrinә düşәndә bayram
sayılırdı. Yeni il vә 9 may da daxil olmaqla, bütün qalan bayramlar
ancaq nominal olaraq bayram idi. “İş günlәri – bizim üçün
bayramdı!” – Aşağı bazarla “Osetinka”nın yeni mәhәllәsi arasında
işlәyәn trolleybusların mavi rәngli yanlarında hәddindәn artıq
sәdaqәtmi, ya istehzamı yağan bu şüarı Stavropolda görmәk
mәnә nәsib olmuşdu. İndi başqa mәsәlә: istirahәt elәdiyimiz
bayram günlәri az qala iş günlәrindәn çoxdu! Fәhlә sinfinin,
görünür, әyyaşlıqdan başqa, heç nә ilә başını qatmaq olmur. O
vaxtkı sәrt gerçәklikdәn çıxış edәrәk, mәnim yerlilәrim, görünür,
kilsә tәqvimini vә kilsә qaydalarını dәyişdirib, Radonitsanı iş
gününә yox, mәhz bazar gününә salmışdılar.

Biz uşaqlar qәbiristanlığa valideynlәrimizdәn dә tez gәlirdik.
Gәtirdiyimiz toyuq yumurtalarını döyüşdürürdük. Bu qızğın
döyüşün öz bicliklәri vardı: döyüşdürülәcәk yumurtanı duzlu
suda qaynadırdılar, bәzilәri daha möhkәm olan firәngtoyuğu
yumurtasından istifadә edirdi. Yumurtanı necә tutub döyüşdür-
mәkdәn dә çox şey asılı idi. Onu ovucda elә tuturdular ki, yalnız
burnu azacıq görünsün. Hәrdәn ara qızışırdı, hәtta yumurtanı da
dәyişirdilәr, ancaq davakarlar tezcә sakitlәşdirilir vә hәr şey öz
axarı ilә gedirdi. Sınan yumurtalar dәrhal yeyilirdi: bütün
qәbiristanlıq cürbәcür rәngdә yumurta qabığı ilә örtülürdü.
Analarımız onları rәnglәmirdilәr, soğan qabığı ilә, ya da yazda
günvuran yerdә çıxan soxulcana oxşayan, mavi rәngdә әyri-
üyrü, bәzәkli bitki ilә qaynadıb boyayırdılar. Hәtta qaymaqçiçәyi
dә işә yarayırdı: erkәn sarı, mavi çiçәklәr açan bu xırda bitkilәrin
hәlimindәn dә çox parıltılı rәng alınırdı. Pasxa yumurtaları elә
alışıb-yanırdılar, sanki bir gün әvvәl onları göyqurşağına salıb
çıxarmışdılar. Qırmızı tәpәdә bizim üçün tәpәni qәbirüstü tәpәlәr
әvәz elәyirdi; boyanmış yumurtaları onların üstündә diyirlәdib
yarışırdıq. Valideynlәrimiz ölәnlәrin ruhuna dualar oxuyur, bir-
birlәrini doğmalarının mәzarına çağırıb qonaq elәyirdilәr.
Qәbiristanlıqda hәmin gün ağlaşma olmurdu, ancaq ordan-burdan

345
   340   341   342   343   344   345   346   347   348   349   350