Page 348 - pryaxin
P. 348
rgi Pryaxin

Moskvanın müxtәlif yerlәrindәn müxtәlif yaşda keçmiş nikolalılar
hәmin gün axışıb kәndә gәlirlәr. Yaşlılar – doğmalarının qәbirlәrini
ziyarәt etmәyә, gәnclәr – valideynlәrinә baş çәkmәyә. Elә zaman-
lardı ki, tez-tez gәlә bilmirsәn, ancaq heç olmasa, ildә bir dәfә
lazımdı. Bunun üçün dә әn münasib gün Pasxadı.

Pasxada Nikola ilә Nikola mehribancasına qucaqlaşıb görüşür-
lәr. Pasxada Nikola ilә Nikola qәbiristanlıqda mehribancasına
qucaqlaşıb görüşürlәr. Allah haqqı!

Gәlәn Nikola, әlbәttә, tәkcә öz doğmaları ilә yox, hәm dә
keçmiş dostları, sinif yoldaşları, sevgililәri ilә dә görüşmәk
istәyir... Oturaq Nikolanın da nәfәsi zorla gedib-gәlsә dә, tәklikdәn
vә maraqdan qonaqların hamısını – özününkülәri dә, özgәlәri dә
öz quru sinәsinә sıxmaq istәyir. Ürәyi atlanır ki, dünyada nәlәr
baş verdiyini soruşsun, şikayәtlәnsin, baxıb xoşhallansın, hәsәd
aparsın, fәxr elәsin – hәm özününkülәrlә, hәm özgәlәrlә. Bir belә
qonaq üçün geniş yeri başqa hardan tapasan? Ancaq qәbiristan-
lıqda: nә yerlilәr, nә gәlmәlәr oradan yan keçmәzlәr. Budur, gü-
nәşli Pasxa günü Nikolada hamı sәhәr tezdәn әn böyük stollarını
hay-küylә qәbiristanlığa çıxarır, uc-uca düzüb hәlә zirzәmidә,
anbarda qalanlardan stolun üstünә tökürdülәr. Öz yaşına görә
keçmiş Strepetovka, indiki Nikola elә dә bәrk içmir. Ancaq yaxşı
qonaqlıq verir! Heç harda Nikoladakı kimi pravoslav Pasxasına
rast gәlmәzsәn, hәmin gün Nikola tәxminәn üç dәfә cavanlaşır,
sanki on altı yaşlı İkinci Yekaterina taxta çıxıb.

Bayram coşub-daşır! Mahnılar, göz yaşları bir-birinә qarışır –
axı çoxları on illәrdi görüşmürlәr: hәm ölülәrlә, hәm dә dirilәrlә.
Bir-birlәrinә danışılası çox şey var. Dirilәrin, әn yaxşı halda, ildә
bir dәfә ayağına gәlirlәr, torpaq altda yatanlar isә, özümdәn
bilirәm, az-az yada düşür. Dilәnçilәr işlәrini ehtiyatlı tutub bütün
Ön Qafqazdan bura axışırlar. Coşqun, az qala bütpәrәst Pasxasından
sonra növbәti Dirilmәyә qәdәr Nikola letargiya yuxusuna gedir...

...Anamın ölümünә qәdәr heç kimi qәbiristanlığa yola
salmamışdım. Öz aramızda “mәzarlıq” adlandırdığımız qәbiristanlıq
mәnim tәsәvvürümdә sәbirsizliklә gözlәdiyimiz bayramın keçirildiyi
yer kimi qalmışdı. Adamların ölә bilәcәyinә, hәtta inanmırdım,
çünki bir yana baxanda, düzәmәlli ölü dә görmәmişdim. Mәzarları

348
   343   344   345   346   347   348   349   350   351   352   353