Page 344 - pryaxin
P. 344
rgi Pryaxin

Yәhudidi? – Kosmosa özgә kim belә yaxın, doğma ola bilәrdi...
Onun üçün kәnizlәr müntәzәm dәyişilirdi, tәzә arvadsa çoxdandı
almamışdı – onların bir yığın qayğısı, dәrd-azarı var, yatağı
hansı ilә haçan bölüşdürmәk problemi dә bir yandan...

...Vә kağızı ona uzatdı. Xaqan dalğın halda kağıza baxıb üz-
gözünü turşutdu. “Mәn sәni öldürmәliyәm”. Oxuyub heç nә an-
lamadan qızın üzünә zillәndi. Qız gözlәrini qaçırmadı.

– Öldürmәk?
Astaca başını tәrpәtdi.
Xaqan güldü:
– Necә?
Qız yenә onun yatağına atılıb dizlәrinin üstündә oturdu.
Üzünü xaqanın qasığına yaxınlaşdırıb, necә öldürәcәyini göstәrdi.
Әvvәl taqәtdәn düşmüş, sonra get-gedә qüvvәtlәnәn әllәr
qızın saçlarını sığallaya-sığallaya ağappaq boğazına yaxınlaşdı...
Onların, hәtta danışmağa dili olmayanlarının da dişlәri olduğunu
unuduruq – qız bir az әvvәl eyhamla bunu ona xatırlatmışdı.
Qara әqrәb?! Neylәyәsәn, ilgәkdәnsә, bu, әn arzuolunan ölüm
olardı.
Daha yuxusu qaçmışdı. Sәhәrә yaxın xaqanın gәmisinin arxa
tәrәfindәn, çılpaq sarğıları parıldayan zәrif bәdәn şappıltı ilә
suya düşdü. Ağsinәli, ağbәdәnli qaranquş kimi Volqanın ay
işığına bәlәnmiş sularına sancıldı. Nә bir qışqırtı, nә bir hönkürtü
eşidildi. Yalnız kiminsә tüklü qolları gәminin üst tikilisinin
kölgәsindәn bir anlığa görünüb yox oldu. Xaqan nә vaxtsa ilk
qadınını tәxminәn belә itirmişdi, indi dә son qadınını itirdi.
Birinci Bәy nәyә görәsә hәmin gün flaqmanda gecәlәmәmişdi,
belә şey isә, ümumiyyәtlә, olmamalı idi.
“Adadan çayın dәrinliklәrinә üzәr...”

***

Uşaqlıqda bizim Nikola qәbiristanlığına getmәk mәnim üçün
az qala bayram idi. İldә bir dәfә, Pasxadan sonrakı – bizdә “vali-
deyn günü” adlandırılan bazar günü Qırmızı tәpәyә yollanırdıq.

344
   339   340   341   342   343   344   345   346   347   348   349