Page 343 - pryaxin
P. 343
Xəzər yuxuları
sәrin, zәrif әllәrin dönә-dönә sığalını dadmış xaqan indi onun isti
ağuşunda hәr şeyi unudub sakitcә yatırdı.
Qızın lal olduğunu xaqan dәrhal bilmәdi: kәnizin mövqeyi
hökmdarla söhbәt elәmәyә imkan vermir. Bilәndә isә artıq gecdi:
bәlkә, elә lallığı danışmaq qabiliyyәtini әlindәn alıb, әvәzindә
ona daha çox şey bәxş elәmişdi. Axı әn hәrarәtli nitqimiz –
Allahdan başqa, heç kimin eşitmәdiyi yalvarışlarımızdı. Anlayıb
bәrk qәzәblәndi, hәm dә qıza yox, öz vәzirlәrinә: nәyә görә bunu
dürtüşdürüblәr? Vәzifәlәrinin öhdәsindәn belә gәlirlәr! Ancaq
bir an sonra xoşbәxtlik dalğası yenә onu bürüdü – qız, şübhәsiz,
onun nә düşündüyünü bilmişdi vә cәza kimi tәzәdәn öz bәdәni
ilә onun ağlını başından almışdı. Әslindә nә fәrqi var – bütün
kişilәr lal mәşuqә arzulayırlar! Lal arvadı ondan da çox arzulayırlar.
Lal xatun? Belә xoşbәxtliyi tәsәvvür elәmәk dә olmur!
Onun üçün çәtin bir gün olmuş, çәtin qәrar qәbul elәmişdi vә
indi başqa şey barәdә düşünmәk istәmirdi. Xaqana elә gәlirdi ki,
gәnc kәnizi әlindә mum kimi әzir, onunla istәdiyini edir. Әslindә
isә qız onu bir qabdan başqa bir qaba süzüb, bir formadan başqa
namәlum formaya salırdı. Öz adәti xilafına, kәnizlә dә yuxuya
gedib sәhәrә qәdәr yatdı.
Qızın şehli baxışları ona oyandığını dedi.
– Narahatdı? – Keyimiş qolunu tәrpәtmәyә cәsarәt elәmәyib
kirpiklәri ilә soruşdu.
– Yaxşıdı, – xaqan gülümsәdi, qızın әlini götürüb, onun
başını öz çiyninә söykәdi.
Dodaqlarını xaqanın gicgahına söykәyib, öpә-öpә tәlәsmәdәn,
yavaş-yavaş aşağılara doğru endi. Mәzәli qızdı! Növbәti marşuru-
tunu sona çatdırıb, bardaş quraraq oturdu, onun ayaq barmaqlarını
nәvazişlә aralayıb saymağa başladı. Sonra onları öz balası kimi
bir-bir öpüb, cәld döşәmәyә tullandı vә yataq otağındakı kiçik
yazı stoluna yaxınlaşdı. Daşqәlәm vә papirus kağızı götürüb,
tez-tez nәsә yazdı. Yatağa yaxınlaşıb diz çökdü. Onu yatağının
yanında diz çökmüş vәziyyәtdә görmüşdü, ancaq o vaxt diqqәtinin
nәdә cәmlәşdiyi mәlumdu, indi isә sәhәr olduğu kimi yenә qızın
üz cizgilәrinә heyrәtlәndi: lallığı üzünә çıxmışdısa, bu, elә
kosmosun özünün lallığı idi. Yox, macar deyil. Yunan deyil.
343