Page 341 - pryaxin
P. 341
Xəzər yuxuları

Xolmqrada, o birini Kiyevә. Yazdığı mәktubları bәrkdәn oxumağı
xoşlayırdı. Hәtta tәk olanda da özünә oxuyurdu. Ay sәni Puşkin,
ay sәni köpәyoğlu!.. Çoxdan rәhmәtә getmiş, onu oğulluğa
götürәn valideynlәrinin torpağı nurla dolsun: uşaqlıqdan ona
savad vermişdilәr vә xaqan bunu qiymәtlәndirirdi. Ancaq bu
mәktubları hündürdәn ibarә ilә oxumadı. Dәymәz. Xәzәr imperator
elmi tәsdiq edir ki, hәtta dәrindә üzәn Volqa balığının da qulağı
var. Lal olmağına laldı, ancaq yaxşı eşitmәyi var! Üstәlik yaza
da bilir. Xaqan kresloya yayxandı, quru, möhkәm әllәrini möhürlü
vәrәqlәrin, şamdanların üstündәn uzadıb barmaqlarını oynatdı:
biz yazdıq, yazdıq, barmaqlarımız yoruldu... Sonra ayağa qalxdı,
әllәrini boynunun arxasında daraqlayıb lәzzәtlә gәrnәşdi. Mәktubları
mötәbәr ünvan sahiblәrinә kimlә, necә göndәrmәk etibarlı olar?
Bu haqda sabah düşünәrik. Bәs bugünlük daha nә işimiz qaldı?
“Yeni dövlәtin paytaxtı bizim Ağ Veja ola bilәr...” – mәktubların
hәr ikisi eyni cür qurtarırdı. “Ağ Qala”... Hә, bәs bugünlük daha
hansı işimiz qaldı? Bu haqda lәzzәtlә düşünmәyә, üstәlik gümüş
zınqırovu götürmәyә macal tapmamış, oymalarla işlәnmiş kabi-
netinin qapısı açıldı vә yuxusuzluqdan hәmişә yorğun görünәn
yaşlı ober-qofmeyster yanpörtü içәri boylandı.

– Yataq otağında, yoxsa yemәk otağında süfrә açmağı әmr
edәrsiniz? – Qurşağadәk әyilib sağ әlini döşәmәyә vurdu, sonra
ürәyinin üstünә gәtirәrәk astadan soruşdu.

– Yataq otağında aç, – qapıya tәrәf baxmadan kefikök halda
dedi.

On dәqiqә sonra onu diri meyit kimi mәrmәr çәndә yuyub
sürtürdülәr. Xidmәtçilәrinә vә qullarına etibar elәmәdiyindәn,
sadiq mühafizәçi iri әlindә naxışlı bәnövşәyi xalat çәnin yanında
sәbirlә gözlәyirdi – onun dili kәsilmişdi. Ayağa duranda bәdәninin
izi bir müddәt üzәrindә qalan ağır iran xalçasının üstündә gözәl
süfrә açılmışdı: nefritdәn qayırılmış dayaz qabda on cürә bal,
qara, sarı kişmiş, qara kürü, qaymaq, tәmizlәnib nazik doğranmış
muskat rәngindә, sevdiyi kütüm balığı, müxtәlif ölçülü dәm
çaydanları, qaxac edilmiş maral әti, isti qara ciyәr kolbasaları,
vazalarda tәzә meyvәlәr vә seçmә üzüm salxımları. Bәslәnmiş
qaz ciyәri. Çöl çiçәklәrindәn buket. Yunan, ispan, qafqaz çaxırları

341
   336   337   338   339   340   341   342   343   344   345   346