Page 336 - pryaxin
P. 336
rgi Pryaxin
utancaq, bu gizli ümidi hәyata keçmirdi. Vә o, nazik dodaqlarını
büzüb çoxsaylı xalaları, bibilәri vә hәrәm xidmәtçilәri ilә birlikdә
flaqmanın arxasınca üzәn gәmi qәfilәsindә gedirdi. Yelkәni balaca
olsa da, o da sürәtli idi vә yaxşı silahlanmışdı. Xaqan isә hәr dәfә
özünü elә aparırdı ki, guya arvadının onunla, xüsusәn dә qorxduğu
suda bir yerdә olmaq istәyini başa düşmür. Flotiliya – birindә az
qala çar komfortu ilә üzәn çarın atları olduğu altı gәmidәn vә
Asiya oxu kimi uçanda sanki uzanan çoxkürәkli, üstәlik yelkәnlә
tәhciz edilmiş on-on beş sürәtli qayıqdan ibarәt idi. Bu tәrkibdә
vә lazımi tәhcizatla flotiliya deltadan rahatca açıq dәnizә çıxa
bilәrdi. Xәzәrlәr Xәzәr dәnizinin tam hakimi idilәr. Qarşıda daha
uzaq yürüşlәr gözlәnilәndә Volqa ilә Donun (“Don” sözü çox
sadә tәrcümә olunur: “su”) әn çox yaxınlaşdığı, az qala öpüşәrәk
kәsişdiyi yerdә xaqanın hәrbi donanmasını, Dondakı daimi gәmi
dәstәsini güclәndirmәk üçün öküzlәrlә Volqa sularından şalbanların
üstünә çıxarırdılar vә elә hәmin öküzlәrlә üç gün әrzindә sürüyüb
Dona salırdılar. Ondan sonra bütün dünya qarşılarında açılırdı.
Xaqanın kiçik topçu zabitlәri, görünür, hәtta yunan odunun sirrinә
dә bәlәd idilәr. Hәr halda, onların İtilin altındakı әn gizli mәntәqәdә
hazırlanan, düşmәn gәmilәrinә, kasıb qohumlara әridilmiş yağ
payı verirlәrmiş kimi alovlana-alovlana gil qablarda atılan yandırıcı
bombalar çox dәnizlәrdә vahimә yaradırdı. Mancanaqdan atılan
qıl fitilli ağır sovqat havada fırlana-fırlana, yana-yana uçurdu.
Sürәtli yüngül qayıqlar gәmilәrin arasında vurnuxurdular: lazım
olanda xaqan kimi istәsә, öz gәmisinә çağıra bilirdi. Yalnız әrzağı
vә suyu yox, hәrәmi dә tәzәlәyirdilәr. Hәm dә işi hәr dәfә elә
icra elәyirdilәr ki, xaqan gözünün ucu ilә dә olsa, әlavә olunanları
hәlә sahildә olarkәn görsün. Bax indi dә gәmiyә minmәk üçün
әynindә qәşәng libas, başının dәstәsi ilә at belindә limana gәlәndә
xaqan istәr-istәmәz öz doğma dayıları kimi hәrәmağasına sığınan
qızların yanından keçdi. Qaydaya uyğun olaraq, onları bura
imperiyanın hәr tәrәfindәn diqqәtlә seçilәndәn vә tibbi müayinәdәn
keçirilәndәn sonra gәtirirdilәr. Yerli qızların arasında yadelli
qızlara da rast gәlinirdi, әsir qızlar xüsusilә gözә çarpırdılar –
onlar çox vaxt bәdbәxt hadisә nәticәsindә әsir düşәn, ya da qa-
dın gözәlliyindәn başı çıxan xidmәtçilәr tәrәfindәn xaqan üçün
336