Page 339 - pryaxin
P. 339
Xəzər yuxuları

ikinci dayağı olan orta әsrlәr Avrasiya İsraili yoxa çıxdı, ancaq
İkinci Roma da yeni zamanlara qәdәr gәlib çatmadı. Özgәyә
quyu qazma... Hәrbi yürüşlәr zamanı aldığı yaraların sayına görә
әsrlәr sonra yalnız bir imperatorun – Napoleonun yarışa bilәcәyi
xaqan әrәblәrlә müharibәlәrdә bu yaralara adәt elәmişdi. Özlәrindәn
tez çıxan, dayaz düşüncәli köçәrilәrlә dә hәmçinin: ölkәlәrindә
qoyunun sayı göydәki ulduzlar qәdәr olan xәzәrlәr dә yaxın
keçmişdә elә bu cür impulsiv olmuşdular.

Bәs qanadları varmış kimi avarların üstündә yeriyәn, oğlan
uşağının әlinә doğulan kimi, atalarının siyirilmiş qılıncını verәn
yaramaz şimal qonşularının öhdәsindәn necә gәlsinlәr? – Xaqan
buna cavab vermәyә çәtinlik çәkirdi. Şimaldan yaxınlaşan kәlbәtin,
әsrlәr boyu cәnubdan boğazına uzanan kәlbәtindәn daha qorxuludu.
Nәsә bir qәrara gәlmәk lazımdı. Hansı imana, hansı dinә pәnah
aparmaq? Din xilas elәyә bilәrdimi? Xaqanlıq xristianlığı seçsәydi,
daha tez yox olardı. İslamı seçsәydi, bәlkә, hәlә dә yaşayırdı.
Çәkiclә zindan arasında yerlәşәn o isә, zamanı gәlәndә, yolu
yox, qismәti seçәcәkdi vә әbәdiyyәtә qovuşacaqdı. Qәliz bir
sual: islamı seçsәydi, Kiyev Rusunun başına nә gәlәrdi? O
mövcud olardımı?.. Ancaq artıq çoxdan nә Allaha, nә şeytana
inanan xaqanın tutduğu mövqeyә qәbahәt sayıla bilәcәk qәribәliyi
var idi: hesab elәyirdi ki, din, ümumiyyәtlә, seçilmir, irsәn alınır.
Elә seçilmәdiyinә, miras qaldığına, vәsiyyәt edildiyinә görә
dindir.

Xaqan çoxdan fikrindә bir neçә mәktub tutmuşdu, onu, hәtta
әn sadiq mirzәsinә dә diktә elәyә bilmirdi – әn sadiq mühafizәçisi,
әfsuslar olsun ki, savadsızdı.

Bu gün gәmi apartamentindә, Xәzәr – Girkan dәnizinә tökülәn
Xәzәr çayında bu mәktubları yazacaqdı. Birinci bәyin bundan
xәbәr tutmaması lazımdı. Birinci bәy hesab edir ki, xaqana
sәltәnәti o verib. Buqay! – Yenicә seçilmiş gәnc xaqanı qәdim
Xәzәr ölkәsinin adәt-әnәnәlәri ilә qalxanın üstünә qoyanda bәy
bu aşılanmış buğa dәrisindәn qalxanı, o vaxt hәlә ziyansız olan
yükü ilә birlikdә qaldırmışdı. Qaldırmağı ondan heç dә az
istәmәyәnlәri itәlәyib qaldırmışdı. Valideynlәr sarıdan onda hәr
şey qaydasındadı. Әsli-nәsli bilinmәyәn varlı, xaqanın padşahlığı

339
   334   335   336   337   338   339   340   341   342   343   344