Page 338 - pryaxin
P. 338
rgi Pryaxin

xәncәr kimi sıyrıldı. Şeh kimi parıldadı. Xaqan gözlәri nәmli
qadınlara üstünlük verirdi. Gözdә nәm yoxdusa, onda dәrinlik dә
yoxdu. Bir an sonra onu unutdu. Nә iyirmi beş arvadı, nә bu
altmış qadın onun vecinә deyildi. Özünü yorğun, әzgin hiss
elәyirdi. Bir müddәtdi hakimiyyәti altında olan on iki tayfa vә
xalqı illik tәftiş üçün bu yerlәrә sәfәr edәndә özünü sanki
yolayrıcında hiss elәyirdi. Ancaq qarşısında vur-tut bir yol var
idi. Özü dә bu yolu hamısından çox xoşlayırdı: Volqa, İtil, onların
hәr iki sahiliylә nәzәrә çarpmayan atlı keşikçilәrin müşayiәti
altında, başının çoxsaylı dәstәsi ilә öz hücrәsindә paytaxta, lazım
olanda da bir az o tәrәfә, doğma Xәzәr dәnizinә qәdәr rahatca
gedirdi. Hardasa uzaqlarda – şimalda Varyaq dәnizi var. Xәzәr
isә saysız-hesabsız gözәl xalqları ilә bir ev dәnizidi. Xәzәr
dәnizi әslindә tәkcә dәniz deyil – deyilәnә görә, Nuhun üçüncü
oğlu Yafәtin elmli vә mәdәni nәsli bu qәdim çökәklikdә
mәskunlaşıbmış. Doğrudu, dәfәlәrlә öz ulu babalarının adlarını
dәyişmәli olmuşdular vә gәlәcәkdә dә bunu dönә-dönә etmәli
olacaqdılar. Yәqin, dünyada heç bir xalq Sәmәrqәnddәn tutmuş
Xarәzmә, Parisdәn tutmuş Londona qәdәr yad tayfaların içindә
tamamilә әriyib itәnә kimi bu qәdәr şәkildәn şәklә düşmәmişdi.
Bu, artıq tale deyil – qismәtdir: öz dövlәtçiliyini itirib qalan
bütün tarixi hәyatını başqa dövlәtlәrә xidmәt elәyәsәn.

Xaqan yeni qәrarların labüdlüyünü anlayırdı. Vә bu qәrarlar
çәtinliklә, ağrı ilә doğulurdu. Әrәblәrlә, qaynayıb poqquldayan
qatran kimi nәhәng coğrafi әrazini örtәn, xәzәr tayfalarının
arasında gizlicә tәrәfdar tapan gәnc islamla müharibәlәrdә әgәr
onların yolunun üstündә İtilin palçıqdan tikilmiş qalaları olmasaydı,
çoxdan nәinki Konstantinopolu – hәr iki tәrәfindәn ötüb onu
dövrәyә alaraq – hәtta saysız-hesabsız tayfaları, varyaqlar da da-
xil olmaqla, Varyaq dәnizinә qәdәr udardı. Xәzәrlәr, әlbәttә,
bütün cәnublular kimi satqınlığa meyillidilәr. Ancaq özlәri hima-
yәçilәri Bizans tәrәfindәn dәfәlәrlә daha hiylәgәr xәyanәtә mәruz
qalmışdılar vә müqәddәs pişiklә, öz ilahәsiylә siçan kimi
oynadığına görә son nәticәdә cәzalarına çatdılar. Onların ilahi
sәltәnәtini hesaba almasaq, yәhudi dövlәtinin vә müstәqilliyinin
(qoy lap indi dә mәnşәcә yox, inanclarına görә yәhudi olsunlar)

338
   333   334   335   336   337   338   339   340   341   342   343