Page 347 - pryaxin
P. 347
Xəzər yuxuları
Kәnddә çoxdandı keşiş yox idi – yeri gәlmişkәn, axırıncı
keşiş Melanya nәnәnin qaynı olmuşdu, ancaq onu Nikoladan
uzağa aparmışdılar. Hәmkәndlilәrimә “Pasxada qәbiristanlığa
getmәzlәr, qara yaylıq bağlamazlar” deyәn tәzә keşişin isә bura
yolu artıq kәsilmişdi. Kәnddә dә lap çoxdan kilsә deyilәn şey
yox idi, demәk, xaç gәzdirmәk, sәhәr ibadәti dә olmamışdı.
Qәbiristanlıq belәcә tәdricәn kilsәyә çevrilmişdi. Adamlar belә
gözәl bayramda özgә hara toplaşmalı idilәr? Klubda
yığışmayacaqdılar ki? Burada, doğma qәbirlәrin vә xaçların
arasında onlar dua elәyirdilәr – dua oxumaq kiminsә yadından
çıxmamışdısa – vә burda da bir qismәt çörәk kәsirdilәr. Deyilәnә
görә, Pasxa indi mәnim doğma Nikolamda xüsusi mәna kәsb
edib. Kәnd kimsәsizlәşmişdi, bununla yanaşı, yenә ikievlilik
yaranmışdı. Çünki onun slavyan әhalisi kәskin azalıb: valideyn-
lәrinin hәyatını, varidatını xәrclәyib tükәdәn gәnclәr dağılışıb
getmişdilәr, qocaları isә әbәdi mәskunlaşmaq üçün bir ucdan
tәpәyә aparırdılar, yaranan boşluqlar işsizlikdәn, әhali artıqlığından
öz doğma yurdlarından baş götürüb gedәn qafqazlıların, ya
asiyalıların hesabına dolurdu. Vә bu iki icmanın birlikdә yaşaması
indi kifayәt qәdәr narahatlıq yaradırdı, çünki slavyanlar hәlә
nisbәtәn çoxluq tәşkil etsәlәr dә, ümumilikdә, sürәtlә artan
qonşularından xeyli yaşlıdılar. Dostum Volodya Salnıy nә vaxtsa
komsomolun birinci katibi olanda Lenin pafosu ilә öz-özünә
suallar verib cavablandırırdı: “Komsomol nә demәkdi? Bәs
mәşhur “Sovet hökumәti nәdir?” Özü dә cavab verirdi: “Ölkәnin
әn çox uşaq dünyaya gәtirәn hissәsi!” Ümumilikdә götürәndә,
ikimәnalı olsa da, doğrudu. Әfsuslar olsun ki, mәnim Nikolamdakı
slavyanlar, bütün ölkәdә olduğu kimi, onun әn çox uşaq dünyaya
gәtirәn hissәsi deyil.
Son dәrәcә azalmış vә qocalmış kәnd әhli mәhz Pasxada
yeni әldә etdiklәri yeganә kilsәdә, yәni qәbiristanlıqda toplaşırlar.
Çiyin-çiyinә söykәnәrәk vә necәsә yeraltı sәltәnәtdәki çoxsaylı
doğmalarını hiss edәrәk, heç olmasa, bu işıqlı bayramda özlәrini
inamlı sanırlar. Ancaq mәhz son faciәli, gәrgin illәrdә bu bayram
daha bir gizli mәna da qazanmışdı. Bu, il әrzindә Nikolanın
qәlәbәlik olduğu yeganә gündü. Stavropolun, hәtta ölkәnin, hәtta
347