Page 351 - pryaxin
P. 351
Xəzər yuxuları

***

Son illәr anamla tәklikdә görüşmürdüm. Böyük sovet rәisi
olduğum vaxtlarda Moskvadan Mineralovodsk, ya Stavropol
aeroportuna gәlәndә mәni kiçik qardaşlarımla bir yerdә dostlarım
vә tabeçiliyimdәki adamlar da qarşılayırdılar – vәzifәm elә idi
ki, bütün ölkәdә birbaşa, ya dolayısı tabeçiliyimdә olanlar var
idi. Böyük rәisliklә vidalaşandan sonra qarşılayanlar dәstәsi,
әlbәttә ki, azalmışdı. Ancaq açığını deyim ki, doğmalarımın vә
dostlarımın hesabına yox. Rus insanı, Allaha şükür, hәr halda,
münasibәt saxlayandı, aradakı bağları qorumağa çalışır, gәnclikdә-
ki bağlar isә, ümumiyyәtlә, daha möhkәm olur. Onu da nәzәrә
alsaq ki, keçәn vaxt әrzindә dostların bәzisi – mәn aşağı, onlar
yuxarı – böyük rәis olmuşdular, әlbәttә, qәbiristanlığa iki-üç
maşından az adamla gәlmirik. Bunun bir narahatçılığı olsa da,
üstünlüklәri dә yox deyil. Anam üçün nә fәrqi, tәk gәlmişәm, ya
dәstә ilә? Ona yalnız bir şey lazım idi: mәn, heç olmasa, iki-üç
ildә bir yol onunla dayımın dәfәlәrlә dәyişdirilmiş xaçından
tutub, cavabında heç nә eşitmәsәm dә, insan boyunda dәrinliyә
oğul kimi öz istiliyimi verim. Әlbәttә, hәrәyә bir yüz qram da
içәrik – dәstә ilә olanda şәn keçir. Tәbii ki, qәbirlәri dә araqla
sulayacağıq, әsas da dayımın qәbrini. Dayım araqla dolu stәkanı
götürmәk üçün, bәlkә, orada öz heysiz sağ әlini dә tәrpәdәcәk...
Susacağıq. Qәbiristanlığın nә qәdәr böyüdüyünü tәxmin etmәyә
çalışacağıq. Başqa qohumlara, qohumların qohumlarına da baş
çәkәcәyik. Eyniadlı başqa böyük kәnddә doğulsa da, bizim
Nikolanın, necә deyәrlәr, kürәkәni sayılan Levokumski rayon
adminstrasiyasının başçısının burada qayınanası, qayınatası yatır.
Onları da yad edәcәyik. Vә sakitcә, bu dәfә qәbiristanlığın
darvazasına tәrәf piyada hәrәkәt elәyәcәyik, arxamızca isә kapotu
bir az әvvәl süfrә olan maşınlarımız sürünәcәk.

Yarı yolda әrәb başdaşının – Nikola qәbiristanlığında bu Pas-
xa ziyafәtinin dinmәz müşahidәçisinin yanında hökmәn dayana-
cağam. Cәnazә kimi mәni müşayiәt edәn kiçik dostyana mәrasim

351
   346   347   348   349   350   351   352   353   354   355   356