Page 354 - pryaxin
P. 354
rgi Pryaxin

– Sәnәdlәr hanı? – Mәn “İosif Stalin”in üzümә tuşlanan
lülәsi altında karıxmışdım. – Bu saat çıxar!

Bilmirdim nәyi çıxarmalıyam – bәlkә, üçüncü sinif şagirdinin
gündәliyini? – başqa bir sәnәdim, şәxsiyyәt vәsiqәm yox idi. Öz
xasiyyәtinә, cәbhә ixtisasına görә tәrәddüdsüz işә qarışa vә
“İosif”in özünü әlüstü sakitlәşdirmәyi bacara bilәcәk “zirehdәlәn”
isә, tәrs kimi, möhkәmcә yatmışdı.

– Hanı sәnәdlәr? Dövlәt әhәmiyyәtli sәnәdlәr hardadı? –
Yenә üstümә bağırırdılar.

Hökumәtin heç bir vaxt ödәmәdiyi üçfaizli istiqraz vәrәqәsindәn
başqa, evdә heç bir dövlәt sәnәdi olmamışdı: anam ölәndәn
sonra bu müxtәlif rәngli istiqrazları sobaya atmışdıq, çünki o
zaman daxmalara divar kağızı vurmurdular.

– Hanı sәnәdlәr?!
Әvvәlcә balaca qardaşlarım mәndәn yapışıb ağlaşdılar –
onlar indi imkan vermәzlәr, kimsә mәnim xәtrimә dәysin – sonra
onlara baxıb mәn dә hönkürdüm. Boynumdan yapışıb ağlaşan
uşaqlardan ayırdılar vә partizan Lyonya Qolikov kimi düşmәn
“studebekker”inin kabinәsinә soxdular. Mәn әlaçı idim, bu zorba
maşının amerika istehsalı olduğunu da, o vaxt Amerikanın dünya
imperializminin dayağı vә bizim bir nömrәli düşmәnimiz olduğunu
da bilirdim. Demәli, maşının banına yox, kabinәsinә oturtdular
ki, partizan kimi yolda hoppanıb qaçmayım. Guruldayan maşının
kabinәsindә, iki tәrәfdәn dә kәşfiyyatçı geoloqların mәngәnәsindә
sıxılmış halda, nә qәdәr qәribә olsa da, bir az sakitlәşdim. Yalnız
hәrdәn-hәrdәn hıçqırırdım. “Studebekker”dә, üstәlik kabinәdә,
sükanın böyründә haçan oturmuşdum ki? Dövlәt canisi kimi
mәni kәnd sovetinә gәtirdilәr, orada isә tәkcә Valya Ledovskaya
idi. Mәni onun qarşısına çәkdilәr, hәr tәrәfimdә dә biri durdu ki,
qaçmayım: bәs belә-belә, gecә ya neft, ya da bizim tәrәflәrdә
neftdәn dә qiymәtli olan suyun geoloji kәşfiyyat xәritәlәri yoxa
çıxıb. Geoloji koordinatlar, yatım dәrinliklәri... Tәxmini ehtiyatlar...
Bütöv bir ekspedisiyanın gördüyü iş...
– Sizin bu inadkar uşaqdan başqa, heç kim götürә bilmәzdi, –
ekspedisiya rәisi Valyanı inandırmağa çalışırdı.

354
   349   350   351   352   353   354   355   356   357   358   359