Page 359 - pryaxin
P. 359
Xəzər yuxuları

kәnddә belә uyğunsuzluğa pis baxırdılar. Anamın doğum tarixini
özüm üçün tәxmini tәsәvvür elәyirdim: savadsız Quseva israrlı
sualımdan sonra bir xeyli düşünüb belә cavab vermişdi:

– Onun atası, mәnim әrim, qardaşlarım cәbhәyә aparılanda
anan doğulub. Birinci Dünya müharibәsinә aparılanda...

Anamın yaşını azaltmağı çox istәdiyim üçün on altıncı ildәn
hesabladım. Ancaq mәlumdu ki, hәmin müharibә on dördüncü
ildә başlamışdı. Mәnә elә gәlir, babalarıma müharibә dәrhal
gәlib çatmayıb, imkan verib, bir az böyüsünlәr... Bәlkә, elә on
dörddә doğulub? Onda әrindәn on iki yaş böyükdü?! Bu, artıq
yalnız kәnddә cidd-cәhdlә gizlәdilәn mezalyans1 deyil. Vә bu
cür yaş fәrqi ilә qadın sadәcә atılmağa mәhkumdu... Üstәlik dә
müxtәlif irqlәr ola. Yeni mәlumat mәni lap sarsıtdı. Nәnәm
Mamura atamı әlli dörd yaşında doğubmuş! İş bunda deyil – bu
cür istisnalar, xüsusәn dә müsәlman qadınlarında o illәrdә, әlbәttә,
olurdu. İş bunda da deyil. Antoninanın hardansa eşәlәyib tapdığı
anbar kitabında 1945-ci ildә Nikolada hansı evdә nә qәdәr adam
yaşadığı, hәtta heyvanların sayına qәdәr әtraflı yazılmışdı. Vә
Mamura orada yeganә ev sahibi kimi göstәrilmişdi. Başqa heç
kim. Nә әr, nә başqa uşaqlar. Vur-tut iki canlı varlıq: yetmiş üç
yaşlı qarı vә onun nәvәsi yerindә on doqquz yaşlı oğlu. Bәs
qalanları? Şübhәsiz ki, әr dә olmuşdu, o zamankı Asiya adәt-
әnәnәsiylә çoxlu uşaqlar da... Bәs onlar hanı? Tәxmin etmәk
asandı. İtkilәr, yәqin, Xәzәr vә Böyük ipәk yolu ilә üst-üstә
düşәn Asiya – Avropa yolunda olmuşdu. Dünyanın bir ucundan o
biri uçuna sürünә-sürünә, çox yerdә dayana-dayana gәlәn çirkli
dәmiryolu eşelonu özündәn sonra qanlı iz buraxmışdı...

Pyatiqorskdan olan dostum Volodya Olxovun nәnәsi on bir
uşaqla Qazaxıstana sürgün edilmişdi, üç araba dәyişib ora cәmi
beş uşaqla çatmışdı. Görünür, әks istiqamәtә hәmin qaydada
hәrәkәt elәyәn nәnәmin dә başına eyni iş gәlmişdi. Vә pravoslav
yurdunda müsәlman qәbiristanlığı әvvәlcә, yәqin, mәnim doğma-
larımı qәbul etmişdi. Görәn, onların nә qәdәri orada yatır, xüsusilә
dә otuz üçüncü ildәn sonra... Bәs nә qәdәrini müharibә udub?

1mezalyans – ictimai vəziyyətləri bərabər olmayan şəxslərin evlənməsi

359
   354   355   356   357   358   359   360   361   362   363   364