Page 361 - pryaxin
P. 361
Xəzər yuxuları

hәrflәriylә Allahın adı belә yazılır. Yәni Mamuranın nәyi varsa,
Allaha mәxsusdu. Necәdi sizinçün? Yaxşı ki, mәn o vaxt olma-
mışam, yoxsa mәni dә kimәsә aid edәrdilәr. Özü dә, “Allah”
sözü nә әrәbcә, nә rusca yazılmışdı. Yәqin ki, ingiliscә idi.
Ağqvardiyaçı Ququlindәn savayı, qırx beşinci ildә Nikolada kim
ingiliscә bilәrdi, üstәlik dә belә özünәmәxsus işlәdilәydi. Belә
çıxır ki, mәnim nәnәm basmaç Mamuradı.

Xalis özbәk, uzun illәr Londonda yaşayan dostum, yazıçı
Hәmid İsmayılova bunları tәbәssümlә danışanda, birdәn fikrә
getdi.

– Bilirsәn, “Mamura” nadir addı. Oxumuş, imkanlı ailәlәrdә
olub: Mәkkәyә gedәnlәrin ailәsindә. Bәzәn onu müqәddәs yerlәrә
ziyarәtә gedәn qız uşaqlarına ikinci ad kimi verirdilәr...

Qurdaladıqca işin içindәn iş çıxır, hәr şey bir az da qәlizlәşir!
Var-dövlәtә gәlincә, yenә dәrd yarıdı. Çәtin ki, basmaç adı ilә
lütlәri sürgün elәyәydilәr; gәrәk nәyinsә ola ki, sürgün elәyәlәr.
Fәrqanә maarifçiliyinә isә böyük şübhә ilә yanaşıram. Ancaq
onun xeyrinә bir detal da var. Atamın adının qarşısında әsas
mәtndәn fәrqli, görünür, sonradan kiminsә әlavә etdiyi bir qeyd
var: “1942-ci ildә uşaq evi ilә tәxliyә edilib. 1943-cü ildә uşaq
evi ilә tәxliyәdәn qayıdıb”. On altı-on yeddi yaşında uşaq evindә
olmaq qeyri-mümkündü. Orada yalnız işlәyә bilәrdi. Qarovulçu?
Qarovulçunu uşaqlarla birlikdә tәxliyә elәmәzdilәr. Bu yerdә
Mariya nәnәnin mәnә tәkrar-tәkrar israrla dediyini xatırladım:

– Oxu! Sәnin atan müәllim olub...
On altı-on yeddi yaşında harda belә müәllimlik oxuyub?
Yalnız evdә. Bәlkә, dostum Hәmid bunları heç dә nәnәmlә
mәnim könlümü xoş elәmәk üçün demәyib. “Mamura” sözünü
rus lüğәtindә dә tapdım. Yalnız vurğu Hәmidin göstәrdiyi yerә
düşmür, daha çox russayağı adi yerindәdi: “Moruq mәnasını
verir – şahanә gilәmeyvә...” Bu da sizә Mamura! Deyilәnә görә,
Avroasiyada bitir, heyif ki, heç vaxt dadına baxmamışam.
Antonina sakitcә qonaqların yanına qayıtdı, mәn onun yerindә
oturub anbar kitabına vә nәnәmin imzasına bir xeyli gözlәrimi
zillәyib qaldım. Kәndlilәrimiz mәnim yoxluğumdan narahat
olmasınlar deyә Antonina arakәsmәnin o tәrәfindә gur sәslә
oxumağa başladı:

361
   356   357   358   359   360   361   362   363   364   365   366