Page 365 - pryaxin
P. 365
Xəzər yuxuları
***
Bәs ilk görüş? İlk dәfә necә rastlaşıblar vә hәr şey necә
başlayıb? Atası vә iki azyaşlı qardaşı ilә anam Nikolaya sürgünә
gәlәndә, artıq dediyim kimi, onun әn azından on doqquz yaşı
vardı. Elә burada, sürgün edilmiş asiyalılarla ağzınacan dolu
olan kәnddә – soyuqdan donmamaq üçün Nikola bağlarını elә
onlar dibindәn baltalamışdılar vә mәhz onların gәlişi ilә Nikolanın
Avropa cücәrtilәri birdәfәlik canından çıxmışdı – Mamuranın
gen donundan, ya alabәzәk şalvarından yapışıb, çünki qarı onu
özündәn bir addım da kәnara buraxmırdı. Doqquz yaşında
qarabuğdayi bir oğlan da qaçır, xırda-xırda yeriyir – on doqquz
yaşlı hәmin qızın vәfasız taleyi, hәlә ki, onun yox, özgәnin
donundan tutub qaçırdı. O, anamın qardaşlarından birindәn –
Sergeydәn vur-tut bir yaş böyük idi. Anasını qәfil itirәn, böyük
bәdbәxt ailәnin yükünü çiynindә daşımalı olan bu qızcığaz, tәbii
ki, başqalarının ayağına dolaşan qismәtinә fikir vermәmişdi.
Sonra evdә peyda olan analıq, atası ilә analığının dünyaya
gәtirdiyi körpә qardaşlarından birinin vaxtsız ölümü vә sәrbәst
yaşamaq üçün doğma evdәn getmәsi. Sonra – uğursuz sevgi,
onun da arxasınca – müharibә, müharibә, müharibә...
O, uşaq evindә vә eyni vaxtda “ağ mәktәbdә” dәrs deyәndә,
qarşısında qarağaclardan әsәr-әlamәt olmayan bizim evin yanından
hökmәn keçmәli idi. Bizim ev uşaq evi ilә sonralar müharibә
әlillәrinin pansionatı olan “ağ mәktәbin” arasında yerlәşirdi.
Mariya nәnә danışırdı ki, gәnc müәllim kәnddә ağ kostyumda
gәzirmiş. Bizim tozlu Nikolada ağ kәtan kostyumda? Ya şahzadәdi,
ya başıxarab. Mәnә elә gәlir ki, başıxarab şahzadә әvvәlcә Mariya
nәnәnin xoşuna gәlirmiş, nәinki anamın. Ancaq şәxsәn mәnim
üçün ağ kostyum Mamura haqqında çox şey deyir, nәinki oğlu
haqqında. Mayda doğulmuşamsa, onların arasındakı münasibәt
avqustda başlayıb: ulduz axan vaxtlar. O, qızı görüb, yoxsa
kimsәsiz küçәdә qarağacların hәlә qarşısını kәsmәdiyi pәncәrәdәn
qız onu görmüşdü? Yәqin, utanaraq onu ilk dәfә öz yetimxanasına
365