Page 369 - pryaxin
P. 369
Xəzər yuxuları

gәlirdi. Hamı tәmtәraqlı tәbrik nitqi söylәyir, konyakla dolu
qәdәhi başına çәkir, üstündәn dә vazalardakı iri salxımlardan
barmaq uzunluğunda bal kimi üzüm gilәlәrini ağızlarına qoyurdular.
Tәkcә Cavad әvvәlki kimi susurdu, vazaya әl uzatmırdı, yalnız
konyak içirdi. Ancaq tәk-tәk gәlәn yüksәk vәzifәli qonaqları
yola salanda hәr birinә şәxsәn nәsә bir jest elәyirdi, nәsә deyirdi,
onların da hәr biri cavabında pıçıltı ilә minnәtdarlıq elәyib üz-
gözlәri işıqlanmış halda çıxıb gedirdilәr.

Başa düşdüyümә görә, Cavad qәlәbәdә payları olduğu, ya da
bayramda iştirak etdiklәri üçün onlara mükafat verirdi.

Araqdan, konyakdan, hәtta özbәklәrin gözәl üzümlәrindәn
bezib sәdrdәn xahiş etdim ki, mәnә yatmaq üçün imkan yaratsın,
harasa göndәrsin, onu әmin etdim ki, bu, heç dә qonağı mәşğul
etmәk tapşırığına zidd deyil. Ömrü boyu saat dörddә oyanan sәdr
razılaşdı, dedi ki, әslindә yuxu bәşәriyyәtin әn gözәl töhfәsidi.

Vә sәdrin kabinetinә bitişik otaqda tir-tap yıxılıb yatdım.
Axşam mәni ehmalca oyadanda onu dilә tutdum ki, araqsız,
konyaksız söhbәt elәyәk, buna da tez razı oldu. Demә, içki onu
da bezdiribmiş, üstәlik dә onu qәti tutmurmuş: bir-birini әvәzlәyәn,
hamının deyib-güldüyü kefli mәclislәrindә ayıq qalmaq çox
darıxdırıcıdı. Nәdәnsә onun etibarını qazanmışdım vә sәhәri gün
on iki oğlunun on iki evini dә mәnә göstәrdi. Quru çöldә әmәlli-
başlı oğullar küçәsi. Oğlanları kimi evlәr dә iri idi, gәlinlәrinin
hamısı isә qaraqaş, qaragöz – onda mәnә elә gәldi ki, Cavadın
külfәti doğub-törәyib, kiçik Qızıl Ordaya çevrilir vә Quru çöldә
möhkәm kök salır – elә onun rifahı naminә. Niyә dә olmasın!

Nә qәdәr qәribә olsa da, Cavad çay süfrәsi arxasında içki
mәclislәrindәkindәn daha söhbәtcil idi. Düz iki tarixçә danışdı.

Laureat kimi, az qala Qәhrәman kimi keçәn il Gürcüstana
getmәk qәrarına gәlib. O Gürcüstana ki hәlә valideynlәri sağ
olduğu vaxt müharibә illәrindә sürgün olunmuşdular: bu qәdәr
orden-medalı olan adamı indi kim saxlaya bilәrdi ki? Mәshәti
türklәrindәn ibarәt olan bütün kolxoz ona pul yığmışdı. Elә
özününki dә bәs elәyәrdi. Ancaq hәr biri istәyirdi ki, tәrk edilmiş
doğma yerlәrә onun da gözlәri ilә baxsın: pul verәndә yolçunun
onun kiçik tapşırığını yerinә yetirәcәyinә ürәyindә bir әminlik
yaranırdı.

369
   364   365   366   367   368   369   370   371   372   373   374