Page 372 - pryaxin
P. 372
VII FӘSİL

BASQIN

Sәhәr elә açıldı ki, sanki Volqanın üstündә nәsә partladı.
Gecәnin pәrdәsi çat verib cırıldı – hәtta yanlara yox, deyәsәn,
lap yuxarıya, zenitә doğru – vә gözqamaşdıran, nәhayәtsiz, şәfәq
saçan tәzә-tәr yay sәhәri xışıltı ilә ayaqlarının altına töküldü.

Hәr yan әtir saçır, toxunduğun yerdәn şeh püskürür. Quşların
sәsindәn ürәk hәyәcanla çırpınır. Volqa!

Ayıq, gümrah Sergeylә Viktor yerlәrindәn eyni vaxtda sıçrayıb
durdular. Növbә ilә üzlәrini qırxıb duş әvәzinә, az qala lümlüt
çaya atıldılar. Tezliklә başqaları da onlara qoşuldu. Şoraba dolu
palıd çәllәklәri kimi iri çılpaq bәdәnlәr bir-birinin ardınca
qayıqların yan aldığı taxta körpüdәn hәlә soyuq olan Volqa
sularına baş vurdular – bir az da belә getsә, çay öz yatağından
çıxacaqdı. Kişilәrin qulaqbatıran sәsindәn әtrafdakı quşlar da
susdu. Özlәrinә gәlib tәzәdәn oxumağa başlayanda isә onların
nәğmәsindә sanki kişi söyüşlәrindәn biәdәb bir qarışıq әmәlә
gәlmişdi, elә bil indi öz klassik әsәrlәrini yox, әdәbsiz xalq
çastuşkalarını oxuyurdular. Volqada bir şey üzür, qoy üzsün öz
kefinә... Yamsılayırdılar...

Tәlәsik sәhәr yemәyi yedilәr vә saat sәkkizdә vitse-qubernator
onları balığa apardı: bağça uşaqlarını ekskursiyaya belә aparırlar.
Bir neçә qayıq götürüb bәrabәr bölüşdülәr. Sergeydәn balıqçı
çıxmaz: qarmağa düzәmәlli qurd da taxa bilmir vә komandada
әn bacarıqlı balıqçı olan vitse-qubernator bunu ilk baxışdan hiss
edib onu özünә yoldaş götürdü. Sergey ömründә ikinci dәfә idi
ki, qayıqla balıq ovuna çıxırdı.

– Gecdi... Avaralar, – Anton Petroviç deyindi. – Sәhәr yemәyi
yeyib balığa gedәrlәr?! Ovdan qabaq heç iti dә yedizdirmirlәr...

Sergey gülümsәdi: sanki Anton Petroviç deyil, o, zorla mәcbur
elәmişdi ki, tәkcә araq yox, at vә dәvә südündәn evdә hazırlanmış,
araq qәdәr tünd kumısdan içib, kürülü turş blin yesinlәr. Volqanın
üzüb keçdiklәri qolu, demәk olar, lal axırdı. Onların plastmas
qayıqlarının açdığı enli şırımları hesaba almasaq, suyun üzündә
bircә qırış da yoxdu. Göydә dә üzsәydilәr, naxışlar elә bu cür

372
   367   368   369   370   371   372   373   374   375   376   377