Page 377 - pryaxin
P. 377
Xəzər yuxuları
әyri xәtt cızıb sudan qayığın dibinә düşәndә Sergey cәmi iki dәfә
mәmnunluqla onun üzünә güldü, Anton Petroviç dә cavabında
baş barmağını yuxarı qaldırmaqla onu mükafatlandırdı – bununla
da kifayәtlәndilәr. Sergey sadәcә azdanışan adamları yox, hәm
dә qanacaqlı adamları xoşlayırdı, çox vaxt da bu iki keyfiyyәt
bir-birlәrinә bağlı olur.
Sayları artan suf balıqları gözlәrini bәrәldib, sәslәrini eşidәn
olsun deyә çapalayırdılar. Ancaq onları Volqanın qızmış ana
bәtnindәn savayı, heç kim eşitmirdi.
Başını gün yandırırdı. Sergey dünәn gecәki әhvalatı xatırlayanda
kefi pozuldu. Nә qәdәr imkan var, yaşa. Kitabı bağlanmış adam
yoxdu, insan son nәfәsinәdәk dönә-dönә “dirilә” bilәr. Adi insanı
İsa peyğәmbәrlә doğmalaşdıran yalnız iki xüsusiyyәt var:
bağışlamaq bacarığı vә tәzәdәn dirilmәk qabiliyyәti.
Çimmәk pis olmazdı, ancaq balıqları qaçıraram...
Mühәrrik sәsi eşidildi.
– Kimdi yenә gәlәn?! – Anton Petroviç tüklü әlini gözünün
üstә qoyub narazılıqla deyindi.
Yenә hәrblәşdirilmiş tәşkilatlardan birinә oxşayırdı: olmaya
bütün Povoljyedә yaşıl rәngdә әla durnabalığının yeri barәdә
söz-söhbәt yayılıb?
– Sәnәdlәrinizi göstәrin! – Yaşıl formada poqonları sökük bir
nәfәr hәlә onlara çatmamış, qaşqabaqlı halda tәlәb etdi.
Lәnәt şeytana, yenә dizlәrinin arasında avtomat var. Bizdә
nәsә avtomatlaşma dövrü gәlib! Hәmişә bir mәrdimazar tapılır.
– Sәnәd-zad nәdi? – Vitse-qubernator qışqırdı, sanki onun da
ayaqlarının arasında “Kalaşnikov” var idi.
– Şәxsiyyәt vәsiqәsi...
Anton Petroviç oturacağın altına soxduğu paltarın cibindәki
pulqabıdan nәsә çıxartdı: balığa gedәndә pul kisәsini götürmәyi
unutma – birdәn balıq bazarında özünü tәmizә çıxarmalı olarsan.
– Bәs bu kimdi? – Artıq bir az yumşaq tәrzdә avtomatın
lülәyi ilә Sergeyi göstәrdi.
– O yatır. Görmürsәn?
– Hә, – avtomatlı adam mızıldadı. – Bәs hansı soyadla yatır?
377