Page 378 - pryaxin
P. 378
rgi Pryaxin

Vitse-qubernator dedi.
– A-a... – avtomatlı adamın cavabı belә oldu.
Vә әtrafa mühәrrikin gurultusu ilә eyni vaxtda ondan qalxan
pis qoxu da yayılır.
Bu adam, xaçın altında olduğu kimi öz (özgә) soyadı ilә
uyuyur.
– Sәnin ananı! – İyli, hay-küylü hәşәratın arxasınca Anton
Petroviç, tәәccüblü olsa da, yumşaq tәrzdә deyir vә tilovu yığmağa
başlayır: balıq tutmağa hәvәsmi qalar?! Bir dә ki, daha bәsdi: bir
düjün ağır suf balığı üzgәclәrini qabardıb qayığın dibindә
çırpınırdılar.
– Suya baş vurmaq olar? – Sergey gözlәrini zorla aralayıb
soruşdu.
– Gir-çıx, – Anton Petroviç saatına baxıb elә bil pionerә
icazә verdi. – Camaatı nahara çağırmaq vaxtıdı. Tez çıx! – Anton
Petroviç suya baş vurmağa hazırlaşan Sergeyә zarafatla barmağını
silkәlәdi.
Sudan çıxmaq istәmirdi. Çayın lap sәrin dәrinliyinә baş vurub
iki dәfә çevrilәrәk, әlini ehmalca valehedici quma toxundurdu.
Elә bil әlini xәlvәtcә kiminsә lifciyinin altına soxdu. Suyun
dibindә çömәlib düşündü. Sonra barmaqlarının ucu ilә narın,
küldәn dә narın quma tәkan verib suyun üzünә qalxdı. Yuxarıda
onu Anton Petroviç ciddi görkәmdә qarşıladı. Әlindәki cib
telefonu ilә kiminlәsә danışırdı – yәqin, Musa olardı, çünki
burada danışası başqa adam yox idi – vә eyni zamanda suyun
üzündәki qovuqcuqlara diqqәtlә baxırdı, hәr şey qaydasında
getsә, Sergey oradan baş vurub çıxacaqdı. Maraqlıdı, görәn, cib
telefonu suyun dibindә tutarmı? Sudan çıxışı hay-küylü alındı;
tövşümәk, lәhlәmәk, әtrafa sәpәlәnәn su: balina ovlayan “Slava”
gәmisi öz tayını açıq-aşkar itirmişdi.
Cib telefonundan verilәn әmrlә qayıqlar bir-birinin ardınca
körpüyә yan aldılar. Tәbii ki, heç birindә onların qayığındakı
qәdәr qәnimәt yox idi. Tutduqları balığın yarısını Anton Petroviç
dәrhal Sergeyin ayağına yazdı. Sergey boyun qaçırmaq, hәr şeyin
әslindә necә olduğunu demәk istәyәndә Anton Petroviç mәnalı-
mәnalı ona göz vurdu. Sergey onun hәdiyyәsinin sәmimi olduğunu

378
   373   374   375   376   377   378   379   380   381   382   383