Page 381 - pryaxin
P. 381
Xəzər yuxuları

– Әşi, yox. Sadәcә müharibәdәn danışdıq, sonra da sakitcә
dağılışdıq...

Özünü çarpayıya yıxdı. Söhbәt müharibәdәn düşübsә, onda
aydındı. Müharibә oğullardan atalarını müxtәlif cür alır: müharibә
Viktorla çox qәddar oyun oynamışdı. Atası cәbhәyә bir ailәdәn –
Dondan getmişdi, ancaq nәyә görәsә başqa ailәyә – Stavropola
qayıtmışdı. Nә arvadının, nә oğullarının xәbәri olmuşdu. Saçları
ağarana qәdәr Viktor elә bilmişdi ki, atası qәhrәmancasına hәlak
olub. O isә yaralanandan sonra qonşu әyalәtdә yaşayırmış. Özü
dә bekar durmamışdı: iki uşaq da dünyaya gәtirmişdi, sonralar
Viktor onlardan birinin – qәlәbәnin әvәzindә ucqar kazak xutoruna
atılmış ögey qardaşının özünә oxşadığını bilmişdi. İstәr 1812-ci
il müharibәsi olsun, istәr 1941–1945-ci illәr müharibәsi – rus
kişisinә bu müharibәlәr qeyri-adi nә verirdi ki, hәr qayıdanda
müharibәyәqәdәrkindәn daha azad, daha unutqan, öz istәklәri
naminә hәr şeyi basıb keçmәyә qadir olur? Doğrudanmı rus
kişisi nәyә qadir olduğunu yalnız müharibәdә, müharibәdәn
sonra anlayır? Özgә arvadı kimi, müharibә ona nә göstәrir ki,
sağ qalırsa, dinc hәyatda yenilmәz qәhrәmanlıqlar elәmәyә
ruhlanır, başqa cür yaşamaq, qandan, qadadan keçәndәn sonra
hәyata tәzәdәn başlamaq istәyir?...

Viktor böyük rәis olduğu vaxtlarda bir dәfә Kislovodskın
“Dağ havası” sanatoriyasının “lüks” nömrәsindә dincәlәrkәn
qeydiyyat bölmәsindә möhürsüz mәktub almışdı.

– Tapşırdılar ki, şәxsәn özünüzә verim, – qeyd aparan qadın
zәrfi ona uzadaraq dedi.

– Kimdәndi?
– İndi bilәrsiniz.
Gözlәri elә parıldayırdı, elә sevinirdi ki: bәlkә, özü yazıb?
Bu, o vaxtlar idi ki, qonşuluqda dincәlәn әrsiz qadınlar
onunla tanış olmağa can atırdılar. Әn cәsarәtlilәri telefonla,
utancaqları nömrәdәn nömrәyә mәktubla.
Liftdә zәrfi açıb öz mәrtәbәsinә qalxdı. Yuxarıda liftdәn
çıxıb yavaş-yavaş pillәkәnlә aşağı düşdü. Atası! Özü dә Berlindә
yox, Kislovodsk yaxınlığındakı stanitsada. Tәsadüfәn qonşu
qadından öyrәndi ki, hәr il sanatoriyaya onun soyadında bir

381
   376   377   378   379   380   381   382   383   384   385   386