Page 385 - pryaxin
P. 385
Xəzər yuxuları

Qәfil o biri çarpayıdakı xorultu arasından aydınca eşidildi:
– Varlıyıq... Mәnәn varlıyıq.
Hә, bununla da tәsәlli tapmaq olar...

***

Bağ uğuldayır, bağ ürәktәk döyünür, adamı hökmlә özünә
çәkir. Gözәllik kimi oğrun-oğrun yox, mәhz hökmlә: axı arını da
gülә tәkcә gözәllik hissi çәkmir. Özü dә әmәlli-başlı vәhşi bağdı.
Meyvә ağaclarının yarpaqları insan әli boyda idi. Xlorofillә dolu
yarpaqlar xoşbәxtcәsinә sәssizcә әl çalıb titrәyirlәr. Uşaq başı
boyda meyvәlәri isә qızılı yumşaq şarlar kimi günәşli zülmәtdә
parıldayır. Onların işığı da döyünür, rahatca şәfәq saçmır, mayak
kimi hökmlә çağırır, yanıb-sönür. Meyvә ağaclarına sarmaşan
lianaların әyri saplaqlarından asılan yarpaqlar öz forması vә
ölçüsü ilә balqabağın yarpaqlarını xatırladır. Deyilәnә görә,
Nikolay Qoqol bir dәfә fantastikanın sәrhәdlәrini belә müәyyәnlәş-
dirib: alma ağacında qızıl almalar tәsәvvür elәmәk olar, ancaq
pişpişә ağacının üstündә alma çәkmәk olmaz. Belә çıxır ki,
buradakı bağbanlar Qoqolu tәkzib edirlәr. Alma ağacının zәrif
parıltıyla titrәyәn yarpaqlarının arasından sәni yalnız öz işığı ilә
yox, öz әtri ilә dә ovsunlayıb çağıran heç dә alma deyil. Sәnin әn
gizli, әn şirin xәyallarının pәncәrәlәridi! Bağ gәlin yatağı kimi
füsunkar güllәrlә bәzәnib; bilmirsәn meyvәli olan alma ağacları
eyni vaxtda hәm dә çәhrayi çiçәklәr açıb, yoxsa onları qucaqlayan
lianalar? Bağ xoşbәxtcәsinә uğuldayır, cingildәyir, titrәyir. Elә
bil kiminsә barmaqları, onu dәymiş meyvә kimi azca sıxıb vә
fışqıran xoşbәxtlik bağa dağılıb. Qar içindәn cücәrәn baharın
mәstedici әtri әtrafa yayılır. Bağ göy qübbәsinin altında üfüq
boyu uzanıb vә sәn ac arı kimi hardansa azıb gәlәn quş kimi bu
qısa yolu qәt etmәyә qәrarlısan – ora. Sәn artıq xizәk cığırıtәk
parıldayan yola ayaq qoymusan, әtirlәrin, işığın, arzuların mәkanına
doğru üz tutmusan. Onunla sәnin aranda qığılcım saçaraq uzanan
bu tel qarşıdakı qısa uçuşunun istiqamәtini göstәrir. Vur-tut

385
   380   381   382   383   384   385   386   387   388   389   390