Page 389 - pryaxin
P. 389
Xəzər yuxuları
ölkәsinin sayәsindә olmuşdu. Qanuni nәsillәrinin onları öz
әcdadları sayıb-saymayacağının әcdadlara bir isti-soyuğu yoxdu:
daha adlı-sanlı ulu babalardan üz döndәriblәr. Ancaq әşkinazilәr –
bütöv bir xalq, deyәsәn, doğrudan da, dönüklәrdәn törәyiblәr.
Cәnnәtin dönüklәri – әsl xәzәrlәr mәhz onlardı. Bәs sәndәn üz
döndәrmәlәri üçün xaç vurmağa dәyәrdimi? Hökm vermәk bizlik
deyil. Belә çıxır ki, tarixin gedişindә qәsbkarlar, hәr halda, taleyi
aldadıblar? Hәtta süqut edib, lap başqa adla olsa da, Fәrqanәdәn
Londona qәdәr hәr yana sәpәlәnsәlәr belә, әgәr xәzәrlәr yaşayırlarsa,
demәk, Xәzәrlәr ölkәsi dә (o cümlәdәn dә “Rusiya”) yaşayır?
...Xaqan yenә, uzaqdan da olsa, cәnnәti görmәk istәdi, ancaq
günәş get-gedә lap yandırırdı. Vә stoldan qımız küpünü götürüb,
öz apartamentinә qayıtdı. O, bu gün hәlә çox şeyi düşünüb-
daşınmalıdı. Poçtu gәtirmәlәrini әmr edib bir xeyli rәsmi kağızları
saf-çürük elәdi. Yazı stolu ilә yanaşı, xaqanın heç vaxt ayrılmadığı,
palisandrdan qayırılmış oymalı zәrif sandıq durur. Onun yandakı
bölmәlәrinin birindә xaqandan başqa, heç kimin xәbәri olmayan
bir düymә var: basanda, arxa divardan mücrü çıxır. Qara әqrәb
onun içindә yaşayır. Xaqan hәrdәn qarşısındakı yemәklәrdәn
ona da verir vә hәtta onunla uzun-uzadı qorxulu söhbәtlәr elәyir.
Qara әqrәbi gәnc yaşlarından öz yanında ağzıbağlı saxlayır,
kiminsә öz tüklü, yağlı barmaqları ilә haçansa onu öldürmәsini
istәmir. Son gecәni gözlәmәdәn öz taleyini özü hәll edәcәk.
Sәhәr, günorta, ya da son gecә әrәfәsindә – fәrqi yoxdur, özü hәll
edәcәk! Әqrәblәr dә qocalır. Onun böyük arvadı – xatun qocalana
qәdәr neçә-neçә qara әqrәb qocalmışdı. Gәnc kәnizlәri kimi,
qara әqrәblәrini dә vaxtaşırı dәyişirdilәr. Zamanı gәlәndә arvadı
da qara әqrәb olacaq: xalisindәn. Bu gün lap tezdәn qara әhli-
sәlibi görüb әylәnmәk istәyirdi. Ancaq gәlәcәkdәn xәbәr verәn
yuxuların bilicisi indi yeni işә girişmişdi. Çapar vә mirzәni
papirusla, daşqәlәmlә yanına çağırdı. Çapara tapşırdı ki, Birinci
bәyin xәbәri olmadan İtilә әmrini çatdırsın: onun şәxsi arxivini
möhürlәsin vә keşikçilәri dәyişdirsin. Әlindә lövhә olan sısqa
mirzәyә xalçanın üstündә yer göstәrib (xaqan masa arxasında
yazırdı, mirzә isә arıq, әyri ayaqlarını qatlayıb bardaş quraraq
işlәyirdi) buyurdu ki, dediklәrini yazsın.
389