Page 386 - pryaxin
P. 386
rgi Pryaxin

sinәnә hava almaq qalır. Ya әksinә: son dәfә nәfәsini vermәk.
Ancaq xaqan, hәtta yuxuda da yuxunu yoza bilir.

– Ora getmәk mәnim üçün hәlә tezdi, – özünә – yatan adama
deyir.

Çünki qarşısında, göylәrdә püskürüb çiçәklәyәn bu sehrli
bağın nә olduğunu xaqan dәrhal anladı. Yerdә, hәtta İtildә,
Sәmәndәrdә, hәtta әn gözәl oranjereyada da belә bağ becәrә
bilmәzdin.

– Ora getmәk mәnim üçün hәlә tezdi...
Vә daş kimi ağırlaşan sağ әlini sinәsindәn aralamağa çalışır.
Kim bilir, bәlkә dә, xaç çevirmәk istәyirdi? Ancaq heç düzәmәlli
xaç çәkmәyi dә bilmirdi. Bircә taleyә inanırdı – Xәzәr vә Kiyev
ilahiyyat disputları hәlә çox irәlidәydi. Daş kimi ağırlaşmış sağ
әlini, hәr halda, qaldıra bildi. Vә xaqan oyandı. O, kresloya
yayxanıb ayağını kiçik skamyaya qoyaraq yatmışdı. Kreslo onun
flaqman gәmisinin burun tәrәfindә idi. Qarşıdan әsәn meh üzünü
yalayırdı, әllәrini iri xalçanın üstündәki kreslonun qoltuqaltına
söykәmişdi, ancaq sağ әli nәyә görәsә sürüşüb qanrılmışdı –
xaqan elә bu sәbәbdәn ayıldı. Sifәti göz yaşları içindә idi – özü
dә buna heyrәtlәndi. Sadiq keşikçi arxasında heykәl kimi
dayanmışdı.
Volqa gәminin burnuna çırpılıb tәlәsmәdәn axır, sanki ona
qucaq açıb yavaş-yavaş, get-gedә genişlәnirdi. Arxa tәrәfdә
uzanıb gedәn ucsuz-bucaqsız çöllәrin göründüyü, çayı bürüyәn
meşәlәr heyrәtlә donub-qalaraq öz üzәn әksinә baxırdılar. Bәlkә,
Volqada әks olunan elә xaqanın yuxusuna girәn cәnnәt nemәtlәri
idi? Gözlәrini qaldırıb әvvәlcә baxdı: bomboşdu! Yalnız bir neçә
bulud parçası әbәdi yürüşlәrinә davam edirdi. Ancaq aşağıda,
Volqada bayaqkı qәribә xәyalı bir anlıq gözünә göründü. Dikәlib
diqqәtlә baxdı. Yox, bu, çay kәnarındakı qalın meşәlәrin әksidi,
xaqanın dumanlı baxışları bir anlıq onu aldadıb. Çox mümkündü
ki, bu ilahi bağı da yuxuda görmәmişdi, tәsadüfәn axıb kirpiyindәn
asılan göz yaşından yaranmışdı. Hәlә ağlamağı bacardığı vaxtlardan
göz yaşının insanın içini, hәtta düşüncәsini dәyişdiyini bilirdi.
Quru gözlәrlә görә bilmәdiklәrini nәmli gözlәrlә asanca görürsәn:
yәqin, sevincdәn, ya kәdәrdәn axıtdığın göz yaşında son dәrәcә
xırda duz kristalı olur.

386
   381   382   383   384   385   386   387   388   389   390   391