Page 387 - pryaxin
P. 387
Xəzər yuxuları
Belәcә, tәlәsmәdәn, dayana-dayana, dincәlә-dincәlә payıza
qәdәr İtilә gedib çatacaqdılar.
Kresloda çoxdan oturmuşdu. Yatmaq istәmәdiyindәn bura
qalxdı. Dünәnki qızın adı nә idi? Taxma sәdәf dırnaqlı әyri
barmağıyla illüminatorun tәrlәmiş şüşәsindә yazdığında “mama”
ilә bağlı nәsә vardı. Bunula belә, bu müqәddәs söz ürәyini
titrәtmirdi – anasını heç vaxt tanımamışdı. Ürәyinә qulaq asdı,
yox, titrәtmirdi. “Mama” sözü ilә bağlı qadın adı elә dә çox
deyil, buna özlüyündә, hәtta tәәccüblәndi. Saymaq da olar. Sonra,
asudә bir vaxtda sayar... “Mama” vә “cәnnәt” sözlәri hardasa
bir-birlәrinә yaxındı.
– Ora getmәk mәnim üçün hәlә tezdi, – xaqan tәkrar edib
ayağa qalxdı.
Yuxu onun yarasını tәzәlәmişdi. Xovlu xalçanın üstündәki
kreslodan durub sadiq keşikçisinin müşayiәti ilә ağır-ağır gәzişdi.
Axırı necә olacaq – bunu, әlbәttә, bilirdi: hökmranlığının qırx
beş ilinin tamam olmasına elә dә çox qalmamışdı. Bәs ölkәsinin
axırı necә olacaqdı? Yapışqan, balıq, bal, saysız-hesabsız qoyun
sürülәri... Bütün bunlar zәhmәt tәlәb edirdi. Ağır zәhmәt tәlәb
etmәyәn vә әn böyük gәlir gәtirәn yeganә şey isә – Yaradanın
bәxş etdiyi ölkәsinin yerlәşdiyi yerdi. Müasir dünyanın әsas
yollarının kәsişmәsindә: hәm quru, hәm çay, hәm dәniz. Birdәn,
doğrudan da, Yaradan onları cәnnәtdә yerlәşdirmәk istәsә, tәki
bu istәyi alınmasın. Xәzәrin Volqa çayı, Xәzәr ölkәsinin Xәzәr
dәnizi, ikinci adı “Xәzәr yolu” olan Böyük ipәk yolu... Tәbiәt vә
insan tәrәfindәn yaradılan bu böyük yollar onun xalqının adı ilә
adlandırılıb. Ona görә әgәr Yer üzündә cәnnәt varsa, o, hökmәn
Xәzәr ölkәsi olmalıdı!
Allah tәrәfindәn seçilmiş xalq varsa, әlbәttә, o da xәzәrlәrdi.
Gömrük rüsumları – Xәzәr imperiyasının әn böyük, әn az
zәhmәtlә әldә edilәn gәlirlәri. Yad ölkә karvanları hara üz tutur-
tutsun, Xәzәr gözәtçi mәntәqәlәrindәn yan keçә bilmәzdi. Yaradan
Xәzәr ölkәsinin sәrhәdlәrini qızıl yağışına, üç böyük yolun axıb-
töküldüyü Xәzәr paytaxtını isә qızıl leysanına tutmuşdu. Onun
zәif yeri dә elә bu idi. Paxıllıq nifrәtdәn dәhşәtlidi, çünki birinci
mәhz ikincini doğurur. Dörd gözlә baxmaq lazım gәlir. Çünki
387