Page 391 - pryaxin
P. 391
Xəzər yuxuları

kaprondan qara qadın corabları taxıblar. Üzlәrinin tükü kapron
corabın arasından çıxıb, sanki corab yox, qadın bәdәninin hansısa
intim yeridi. Meydanda olduğu kimi, onları itәlәyib bir yerә
cәmlәyirlәr. Musanı gәtirirlәr. Onun da boynunun dalından
tutmağa çalışırlar, ancaq o, hirslә qışqırır:

– Әllәrinizi çәkin!
Vә enli çiyinlәrini onların әlindәn qoparır. Onun üstünә
tökülmüş üçlük bir müddәt bu hökmlü sәsә tabe olur. Ondan
yapışanlardan biri hirsini avtomatdan çıxır: işıqsaçan güllәlәr
gecәnin bağrını dәlir. Nöqtә-tire, nöqtә-tire... Marslılara salam.
Axırda Viktoru dartıb gәtirirlәr, özü dә yemәkxana tәrәfdәn.
Sergey dәrhal onun aşpaz qadınla yatmağın faydası haqqında
dediyi sözlәri xatırlayır: әclaf, boş yerә demirmiş, ancaq nә vaxt
aradan çıxıbmış? Guya daş kimi yatmışdı...
İstefada olan sәrhәdçi Vitya da dilini dinc qoymur, üstәlik
gülәşçi kimi fәnd işlәtmәyә cәhd edir, ancaq onun qollarını bu-
rurlar. Vә budur – işgәncә görmüş, güllәlәnmәyә hazırlaşan par-
tizanlar kimi yan-yana düzülüblәr. Bircә Nәcib yoxdu, deyәsәn,
heç kim onu axtarmır da.
– Әclaflar! Siz kimә ilişirsiniz?! Mәn artıq “OMON” çağır-
mışam, on dәqiqәyә burada olacaqlar! Nә qәdәr ki, başınız sağdır,
çıxıb gedin! – Anton Petroviç qışqırır.
Cavabında gülüşürlәr.
– Uşaqlar, gәlin hay-küy salmayaq, – Musa bir addım irәli
atıb gözlәnilmәdәn sakitcә deyir. – Sizә, yәqin ki, mәn lazımam.
Mәni aparın, sonra mәsәlәni yoluna qoyarıq. Üstümdәki pulun
hamısını çırpışdırmısız...
– Necә yәni aparın? – Voronin onun sözünü kәsir. – Aparmaq-
zad lazım deyil, gәlin danışıqla mәsәlәni yoluna qoyaq. Sizin
şәrtlәriniz?
– Doğrudan da, niyә bizi tәk-tәk götürәsiniz, – Viktor yuxu-
suzluqdan, ya da hәyәcandan әsnәyir. – Hamımızı aparın. Ancaq
imkan verin, oğluma zәng elәyim.
Onlara heç kim qulaq asmır. Fәnәrin işığı üzlәrdә gәzir.
Maskasız, qara, qaya kimi iri bir adam onların nizamsız cәrgәsinin

391
   386   387   388   389   390   391   392   393   394   395   396