Page 394 - pryaxin
P. 394
rgi Pryaxin
***
– Tәcili yardım! Tәcili yardım! – otağın ortasında әynindә
yalnız tuman olan Viktor cib telefonuna qışqırır. – Bizdә vәziyyәt
gәrgindi! Günvurması!.. Tәcili yardım! – yalvarışlara etinasız
qalan plastmasa fısıldaya-fısıldaya astadan söyüşlәr yağdırır.
Üstündәn az keçmiş iki maşın sürәtlә yola çıxır. Onlardan
biri – “bәrkgedәn” Volqaqrad nömrәli cip “lendkruzer” gicgahları
qırxılmış yuxulu qaraçı oğlanın zorla macal tapıb açdığı Şәrq or-
namentli darvazadan sürәtlә küçәyә sıçrayır. O biri maşın yerli
istehsaldır, yanlarında qırmızı xaç var, xırda kәrpic boyda boyat
çovdar çörәyinә oxşadığından “uaz-buxanka” adlanır. “Uaz”ın
bir neçә dәfә evlәnmiş, keflilikdәn hәlә dә ayılmamış yuxulu
sürücüsü çox yatmaqdan dodaqları şişmiş feldşer qızla qonşu
hәyәtә qaçmalı olurlar. Maşın tırıldayıb-pırıldayıb zorla işә düşür,
çünki benzin, tәbii ki, lukoylun idi. O, yarıuçuq palçıq hasarla
dövrәlәnmiş idarә hәyәtindәki darvazanı әvәz elәyәn açıqlıqdan,
rus olmayan rayon mәrkәzinin mürgülü kәnd yoluna çıxır.
Faraların solğun işığında sürücü fikirli-fikirli gedәcәyi marşrutu
götür-qoy elәyir. Ancaq götür-qoy elәmәyә nә hacәt ki, kәndin
vur-tut bir yolu var: bir ucu dünyanın bu başındakı Hәştәrxana, o
biri ucu isә dünyanın o başındakı Volqaqrada dirәnirdi. Burada
nә xәritә, nә şüşә kimi avtomobil yolu lazımdı, ancaq vә ancaq
kompas. Dәnizdә, okeanda olduğu kimi.
– Sәnin ananı! – Qıyıqgöz kalmık nәşә ilә deyir. – Kef-zad
qurtardı! Bәrk dur, Maşa, hәr şey indi başlayır! – Vә qazı axıra
kimi basır. – Sürәt çoxdusa, çala-çuxur yoxdu!
Ağxalatlı Maşa önündәki metal tutacaqdan zәrif әllәri ilә
bәrk-bәrk yapışır. Vә “kukuriznik”dәn yenicә tullanmağa başlayan
paraşütçülәrin brezent sakvoyajına oxşayan boyun qayışından
asılmış yol çantası qucağında atılıb-düşür. Havada açılacaq
paraşüt kimi, xәstәnin xilası da qızın qucağındakı çantadadı.
Bәrk dur, Maşa! Maşa isә nә ölüdü, nә diri: yolun çala-çuxuruna
görә yox, tәcrübә keçdiyi müddәtdә ilk dәfә belә çağırışa getdiyinә
görә. Bu ucqarda adamlar, deyәsәn, xәstәlәnmirlәr, birdәncә
ayaqlarını uzadıb o dünyalıq olurlar.
394