Page 395 - pryaxin
P. 395
Xəzər yuxuları

“Kәrpic” şütüyür, yekәpәr kalmıkın qaldırdığı ağlagәlmәz
sürәtdәn kefliliyi vaxtından әvvәl dağılıb gedir.

– Kemel-trofi! – Gurultunu batırmağa çalışaraq, az qala
havada süzәn yolyoldaşına tәrәf bәrkdәn deyir.

Pörtmüş, gözlәrinә qan sağılmış dodaqlarını gәmirәn Anton
Petroviç isә irәlidәki “lendkruzer”in sükanından bәrk-bәrk yapışıb.

Onlar harada vә nә vaxt görüşәcәklәr? Hansı dünyada: bu
dünyada, ya başqa alәmlәrdә? Bәs kim kimi qarşılayacaq?

...Günvurması. Sadәcә qara әqrәb öz çoxdankı rahat, şahanә
mәhbәsindәn çıxıb. Orada nә baş verәcәyini isә kim bilir? Orada
rәqiblәr dә var – irsәn himayәçi rolunu oynayan rәqiblәr. Qaza
bas, Vasya! Bu dünyada imkan vermәsәlәr, o dünyada doyunca
yatarıq.

Mama, mamacan, Mamura.
Yenә fala baxır qaraçı qızı...

***

Budyonnovsk әtrafında şәrabçılıqla mәşğul olan Praskova
kәndinin kasıbyana muzeyindә Prikumskinin yasәmәni tәpәlәrindәn
çıxarılan, qәdim Macara vә hәtta Xәzәr ölkәsinә aid qәribә bir
eksponata – kәrpicә rast gәldim. Yastı, dәqiq kәnarları olan,
yaxşı bişirilmiş, Nuh әyyamındanqalma kәrpic. Yәqin, ilk kilsәlәri
belәlәrindәn tikirlәrmiş. Kәrpicin üstündә isә yüngül, çәpinә bir
toxunuşla әmәlә gәlmiş çökәk vardı. Qaçan uşaqların yalın
pәncәlәrinin izi. Toz-torpağın içindә qurumaq üçün qoyulmuş
çiy gilә tәsadüfәn ayaqlarını basmış oğlan, ya da qız pәncәsinin
izi. Sonra isә arxalarına baxmadan qaçıb gediblәr. Bәlkә, hansısa
bәla, yanğın, ya da düşmәn basqını onları qovurmuş? Bәlkә dә,
gәnc vәliәhd oğlan, ya da qız, hökmdar avtoqrafı kimi, sadәcә öz
nişanәsini vurubmuş, sonra da bişirilib, qayğı ilә qorunub
saxlanılıb, nәhayәt, namәlum memar tәrәfindәn kiminsә evinin
bünövrәsinә qoyulub.

395
   390   391   392   393   394   395   396   397   398   399   400