Page 393 - pryaxin
P. 393
Xəzər yuxuları

tәrәfdә Nәcib öz katerindә onları gözlәyir. Üzü qaranlıqda
seçilmәsә dә, katerә çatanda Sergey hiss elәyir: Nәcib. Mәsәlә
get-gedә qәlizlәşir.

Nәcib dinmәzcә әlini ona uzadır vә müşayiәtçilәrlә birlikdә
katerә hoppanırlar. Nәcibin şturvalının yanındakı avtomat Sergeyin
diqqәtini çәkir. Mühafizәçilәr körpüdә qalıb onların arxasınca
gәlmirlәr. Kater sıçramağa hazırlaşan buğa kimi titrәyir. Körpüdә
avtomatdan siqnal atәşlәri açılır. Sergey hara aparıldığını yalnız
indi anlayır: çay reydindә solğun işıqları sayrışan, yәqin, körpüdәn
verilәn komanda ilә iri yelkәnlәrini sәssizcә qaldıran bayaqkı
yaxta görünür.

Yaxtaya yaxınlaşanda Nәcib mühәrriki söndürür vә kater
yaxtanın qatranlanmış bortuna sәssizcә yaxınlaşır. Elә bil böyük
hündürlükdәn yavaş-yavaş enirlәr. Nәcib gözünü çәkmәdәn irәli
baxır. Oğlan katerin arxa tәrәfindә oturub, fitlә astadan kәdәrli
bir mahnı çalır. Sübhçağının solğun ulduzları Volqa sularında
әks olunaraq sönürlәr.

Ağrıdan gicgahları atır. Sergey isti әllәrini boynunun ardında
çataqlayır:

– Nә olub, nә mәsәlәdi?
Ona cavab verәn yoxdu. Arxada kimsә astadan fit çalır.
İrәlidә Nәcibin qıvrım, cod saçı vә sağ әlinin altında sanki qanla
silinmiş qara parıltılı avtomat lülәyi görünür.
– Nә olub, nә mәsәlәdi?
Kater yüngülcә elә bil Nuh әyyamından qalmış yaxtanın
bortuna toxunur vә kimsә yuxarıdan kәndir nәrdivan atır.
Nәrdivan... Qoqolun son sözüdü:
– Nәrdivan! Tez ol, nәrdivan ver! – Qraf Aleksandr Tolstoyun
evindә nәfәsi kәsilә-kәsilә qışqırırdı.
Nәrdivan Sergeyin ayaqlarının altına düşür. Vә başını yuxarı
qaldırıb sәssiz televizor kimi öz parıltısı ilә onları süzәn çökәk
illüminatorlara, sinәdolusu nәfәs alıb, qabarmağa hazırlaşan
yelkәnlәrә baxır. Bir az yuxarıdan musiqi süzülür, demә, müşayiәtçi
bayaqdan bu melodiyanı yamsılayırmış: nәrdivan elә bil bortdan
yox, dor ağacından da yuxarıdan enirdi.
Mama, mamacan, Mamura...

393
   388   389   390   391   392   393   394   395   396   397   398