Page 388 - pryaxin
P. 388
rgi Pryaxin
vermәk yox, almaq istәyәnlәr get-gedә çoxalır. Xәzәr ölkәsini
qәfildәn sındırmaq istәyәnlәr çoxdur. Xaqanın ordudan vә do-
nanmadan vacib dәrdi yoxdu – gücü güc sındırar. Ancaq canavar
sürüsünә qarşı çoxmu dayana bilәcәk? Odur, hәtta artıq Skandi-
naviyadan belә axışıb gәlirlәr.
Yenә kresloya çökdü. Keşikçi onun ayağının altına keçә
çәkilmiş kәtil qoydu. Taxta döşәmәni cırıldada-cırıldada üstünә
sәhәr yemәyi vә içkilәr qoyulmuş tәkәrli sәyyar stol gәtirirdilәr.
Xaqan yenә üzünü qarşıdan әsәn Volqa külәyinә tutdu vә yavaş-
yavaş imperiya üzәrindә yüksәlәn, onun әn ali qoruyucusu olan
günәş şüalarının süzülüb düşdüyü göz qapaqlarını örtdü.
Necә olacaq?
Nәsli kәsilәcәk, әmәllәri dә arxada qalacaq. Ancaq vaxt
keçdikcә yeni hökmdarların, daha dәqiq desәk, Xәzәr ölkәsinin
qәsbkarlarının seçәcәyi yolun da faydasız olacağını söylәmәk
olmaz. Bir yana qalanda, onların xüsusi bir seçimi dә yox idi.
Onlar sadәcә qonşu xalqların heç birinin dinini seçә bilmәzdilәr.
İslamı seçsәydilәr – Bizansın düşmәni olacaqdılar, xristianlığı
seçsәydilәr – üç tәrәfdәn onları sıxan müsәlman dünyasının. Vә
onlar Xәzәr ölkәsi ilә sәrhәdi olmayan xalqın dinini seçdilәr.
Çünki o vaxt bu xalqın, ümumiyyәtlә, heç kimlә sәrhәdi yox idi.
Bәli, dinlәrini – talelәrini seçdilәr. Elә xalqlar var ki, onların adı
etiqad elәdiklәri dindәn yaranıb. Mәsәlәn, bir vaxtlar türk olan
qaraimlәr. Böyük әksәriyyәti yәhudi olmayan, mәcburiyyәt
ucbatından hakimiyyәtә gәlәn, daha dәqiq desәk, iudaizm
lobbiçilәrinin әlindәn hakimiyyәti alan minlәrlә xәzәr vaxt
keçdikcә özlәri yәhudilәrin – tәk elә Avropanı dünya hesab
elәsәk, әn azından, dünya yәhudilәrinin yarısının – ulu babaları
oldular. Öz “atalarının” ulu babaları. Fәlәstindәn Avropaya kiçik
bir axın – sәfәradlar gәldi: onlardan biri dә mәşhur Xәzәr
xaqanının mәşhur adresatı İspaniya yәhudisi, saray әyanı Xasday
idi. Bu qolun әn görkәmli nümayәndәlәrindәn biri, ola bilsin,
bizim görkәmli hәmyerlimiz Boris Pasternak olub. Avropa vә
Asiyanın böyük hissәsinә sәpәlәnmiş bugünkü yәhudilәr isә
xәzәrlәrin nәslidi. Tәk Fәlәstindәn Şәrqi Avropaya vә Orta
Asiyaya bu qәdәr yәhudi gәlә bilmәzdi. Hamısı unudulmaz Xәzәr
388