Page 382 - pryaxin
P. 382
rgi Pryaxin

adam tәşrif buyurur: hәtta atasının adı da, doğum tarixi dә düz
gәlirdi. “Oğlum, mümkünsә, bizә gәl, kim bilir, nә qәdәr ömrüm
qalıb...”

“Mümkünsә...” Rus insanı üzr istәmәyi bacarırmış! O saat
anlaya bilmirsәn, sәnin qarşındamı günahkardılar, yoxsa sәn
özün günahkarsan... Yox, sevinc-zad hiss elәmәdi. Uşaqtәk acı
bir inciklikdәn ürәyi külәş kimi alışıb-yanmadı. Çox tәәccüblüdü
ki, bu böyük atәşdәn “Dağ havası” necә od tutub yanmır! Bu in-
ciklik, hәtta özünә görә yox, sonra әrә getmәyib ömrünü oğullarına
hәsr edәn, onlara gün ağlamağa çalışan, kirpiyi ilә od götürәn
bürüşük, qoca anasına görә idi. Öz nömrәsinә getdi vә özünü
holldakı divana da yox, dib otaqdakı ikiyerlik çarpayıya yıxdı.

Ancaq Viktoru tanımaq lazımdı. Hәtta bu böyük, ağrılı inciklik
elә dә çox çәkmәdi, bir az әvvәlki yaraşıqlı inzibatçının nömrәsini
yığıb, sanatoriyanın qara “Volqa”sını sabah sәhәrә sifariş elәdi.

Sәhәr kağız paketlәrlә, bağlamalarla, butulkalarla yüklәnib
yola düşdü. Hәmişәkindәn daha çox kәkәlәyirdi.

Cәbhәçi onu hәyәtdә qarşıladı – hiss elәyibmiş. Ancaq Viktor
әn әvvәl atasından arxada, artırmada dayanmış, müharibәdәn
sonrakı kiçik qardaşını gördü. Elә bil özünü görürdü. Әclaf, hәtta
saçını da böyük qardaşı kimi daramışdı! Bircә fәrq vardı: özü
müharibә uşağı idisә, bu, açıq-aydın Qәlәbә uşağıydı: qarnı
qucağa gәlmәzdi. Dәrhal hiss olunurdu ki, açıq havada işlәyir,
Viktor kimi kabinetdә oturmur. Yәqin, mexanizatordu, tәbiәt
uşağıdı. Qәlәbәnin vә tәbiәtin uşağı. Oxumaq nәyinә lazımdı,
atası dipdiri arxasında dayanmışdı. Görünür, anası ona müharibәdә
hamilә olub, arxa cәbhәdә doğub. Atası onu unutmayıb, müharibәnin
qoynuna atmayıb...

Oğlana qanı qaynayan Viktor, evә ürәk rahatlığı ilә qәdәm
qoydu. İçindәki yanğını sanki yağış söndürmüşdü. Atası onu
ailәdәn qaçıb getmiş avara oğul kimi qucaqladı. Hәmin vaxt
qocalmış tibb bacısı da artırmada göründü.

Atasını tapdığını anasına dәrhal demәdi. Az qala bir ildәn
sonra, “Dağ havası”nda olanda dedi. Anası görüşmәk istәmәdi.
O da bir daha atası barәdә anası ilә söhbәt elәmәdi: qadın
incikliyinin ömrü uşaq incikliyindәn daha uzun, daha acı olur.

382
   377   378   379   380   381   382   383   384   385   386   387