Page 380 - pryaxin
P. 380
rgi Pryaxin

deyildi ki, onu kimәsә versinlәr, ancaq doğma qamış çardaqdan
gözünә görünәn xәyallar onu çoxdan yoldan çıxarırdı – hәr
halda, ürәyindә qalmışdı. Vә dәnizә çıxanda, çayda üzәndә, hәtta
hәrbi gәmidә, sualtı qayıqda olarkәn dә qeyri-ixtiyari qaraçını
xatırlayırdı: bircә geri qayıda bilәydi. Sergey Petroviç dә bәrk-
bәrk tapşırmışdı: tezcә geri qayıt! Televizordakı idmançılar kimi
üzmәyi bacaranda da qorxu canından çıxmamışdı...

Oynaşır, suyu şappıldadırdılar. Uşaq kimi bir-birinin çiyninә
çıxıb tullanır, ikilikdә әl-әlә tutaraq üçüncünü yırğalayıb suya
atırdılar: hamısının çәkisi elә idi ki, üçüncü ilә bir yerdә o biri
ikisi dә aşıb suyu göyә sıçradırdı. Ancaq Sergey sudan xeyli tez
çıxıb, yenә quma uzandı. Nәsә onu narahat elәyir, özünü büsbütün
suların ixtiyarına vermәyә qoymurdu. Günәşsә zenitә qalxıb
әmәllicә yandırırdı. Gözünü yumursan vә gözünün qabağında
narıncı dairәlәr әmәlә gәlir. Nahar şam yemәyinә qәdәr, hәtta
daha çox – mahnılara qәdәr uzandı. İyi alәmi götürәn iki quzu
şişdә eyni vaxtda qızarırdı. Ürәyi istәyәn әlindә boşqab, bıçaq
yaxınlaşıb quzunun xoşuna gәlәn yerindәn kәsirdi. Hәr cürә
hazırlanmış suf balığı: suda bişirilmiş, öz şirәsindә qızardılmış.
Balıq şorbası yalnız boşqablarda qoyulmamışdı, arağın üstündәn
içmәk üçün hәm dә litrlik tәnәkә parçlara süzülmüşdü...

Sergey aradan xeyli tez çıxıb otağına qayıtdı. Ancaq yuxusu
gәlmirdi. Guya istirahәt elәmişdilәr, ancaq özünü yorğun, әzgin
hiss elәyirdi. Görünür, bu hoqqalar daha onun üçün deyildi.
Gecdi. Neçә dәfәdi yuxuya getmәyә çalışmışdı, hәr dәfә dә suda
boğulan, ancaq, görünür, hәlә vaxtı çatmamış adam kimi üzә
çıxmışdı.

Gecә saat ikidә Viktor gәldi. Sergey onun belә tez qayıtmasına
tәәccüblәndi: yerişindәn dә ayıq olduğu hiss olunurdu. Viktor
ayaqlarının ucunda yeriyir, onu oyatmağa qorxurdu.

– Komsomol nәsli, addımını möhkәm at! – Sergey dedi. –
Mәn oyağam.

– A-a... Tәk yata bilmirsәn, yoxsa aşpaz qadınla?
– Özüm özümlә tam kamillәşmişәm. Sәn niyә tez gәlmisәn?
Deyirdim, yәqin, sәhәrә yaxın gәlәrsәn. Yerişin dә birtәhәrdi,
nәsә olub?

380
   375   376   377   378   379   380   381   382   383   384   385